Aİ ciddi imtahan qarşısındadır
14.03.2025 [10:36]
Brüssel Ankaraya ehtiyac duyur
Ukrayna müharibəsi dünyanın yeni siyasi nizamının formalaşmasında olduqca mühüm rol oynamaqdadır. Görüntü xatirinə yaranmış müttəfiqliklər, maddi maraq üzərində fokuslanan strateji planlar, yeni “istəklər və arzular” bu münaqişənin ortaya çıxardığı reallıqlara çevrildi - xüsusilə, Avropa İttifaqının müharibənin yaratdığı fon nəticəsində proseslərdən maksimum qazanclı çıxmaq niyyəti boşa getdi. Diqqət yetirdikdə, Avropa İttifaqı müəyyən mənada Ukrayna müharibəsinin sona yetməməsində maraqlı tərəf kimi görünür. Bunun da səbəbləri var. ABŞ-ın “köhnə qitə”nin təhlükəsizlik çətirini “bağlaması” ilə yaranacaq boşluq indidən Aİ-ni düşündürür və narahat edir. Təsadüfi deyil ki, Avropanın aparıcı siyasi liderləri imkan düşən anda, gələcək planları, xüsusilə təhlükəsizlik məsələsi ilə bağlı planları önə çəkir. Təsadüfi deyil ki, bir neçə gün öncə Brüsseldə baş tutan toplantıda da AK rəhbəri Ursula fon der Leyen özünün təhlükəsizlik planını təqdim etmişdi.
Türkiyənin hərbi gücü ildən-ilə artır...
Amma diqqətçəkən bir məqam da var - son proseslər Aİ-nin “müzakirə arealını” bir az da genişləndirib. Belə ki, Aİ artıq Türkiyənin də müzakirələrdə iştirakına böyük ehtiyac duyur. Bu, hər addımda bəlli olur. Təbii ki, bu da gözlənilən idi. ABŞ-ın Avropaya “yeni təhlükəsizlik arxitekturası” çağırışı “köhnə qitə”ni Ankaraya açıq şəkildə möhtac edir. NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyə son illərdə müdafiə sənayesinə etdiyi böyük sərmayələrlə hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirib.
“Global Firepower 2024”-ün məlumatlarına görə, Türkiyə Silahlı Qüvvələri aktiv və ehtiyat hərbi qulluqçular da daxil olmaqla, ümumilikdə 883 min 900 şəxsi heyətə malikdir. Bu, Türkiyəni dünyanın ən güclü orduları sırasına daxil edir. Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) 1069 hərbi hava vasitəsi ilə hava üstünlüyü təmin etmək gücünə sahibdir. Xüsusilə, 5-ci nəsil döyüş təyyarəsi olan “Kaan”ın inkişafı ilə bağlı planlar bu gücü daha da artırmağı hədəfləyir. Bundan əlavə, Türkiyənin pilotsuz uçuş aparatları (PUA) və zərbə PUA-sı texnologiyaları sahəsindəki uğurları da diqqətəlayiqdir. Bu sahədəki inkişaf, Türkiyə Silahlı Qüvvələrinə kəşfiyyat məlumatlarının toplanması, hədəfin aşkarlanması və dəqiq zərbə imkanları kimi strateji üstünlüklər verir.
Eyni zamanda, Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) strateji mövqeyinə uyğun olaraq yüksək səviyyəli döyüş qabiliyyətinə malikdir. Donanmasında 16 freqat, 9 korvet, 11 döyüş mina gəmisi, 34 patrul gəmisi, 12 sualtı qayıq və digər müxtəlif dəniz vasitələri mövcuddur. Bu güclü donanma, Türkiyənin dənizlərdəki mövqeyini möhkəmləndirir.
Quru Qoşunları isə inventarında 2231 tank və 55 min 104 zirehli vasitə ilə seçilir. Bu, Türkiyənin regional və qlobal təhlükələrə qarşı quru əməliyyatı qabiliyyətini nümayiş etdirir. Eyni zamanda, sərhədləri aşan əməliyyat imkanları ilə regional təhlükəsizlikdə əsas rol oynayır.
Hərbi büdcəyə gəldikdə isə, Türkiyə 2025-ci ildə müdafiə və təhlükəsizlik sektoruna rekord məbləğdə büdcə ayırıb- Müdafiə Sənayesinə Dəstək Fonduna (SSDF) ayrılan resurs da daxil olmaqla, ümumilikdə 1 trilyon 608 milyard lirə (təxminən 47 milyard ABŞ dolları) müdafiə və təhlükəsizlik sahəsinə yönəldilib. Bu büdcə, 2024-cü illə müqayisədə 80 faiz artım nümayiş etdirir.
Ukrayna məsələsində fərqli mövqe...
Eyni zamanda, son dövrlərdə Türkiyə regional aktordan qlobal aktora çevrilmək yolunda əsaslı addımlar atıb. Fərqli coğrafiyalarda baş verən kataklizmlərin həllində oynadığı müstəsna rol, vasitəçilik, eyni zamanda, bölgənin təhlükəsizliyinin təminatının artırılması üçün ortaya qoyduğu səylər Ankaranın siyasi platformadakı çəkisini daha da artırır. Bunun nəticəsidir ki, uzun illərdir Türkiyənin Aİ-yə daxil olmasını əngəlləyən ölkələr artıq Ankaraya açıq ehtiyac duyduqlarını dilə gətirirlər. Aİ özünün ən kritik məqamlarında Ankaraya üz tutur - xüsusilə, Ukrayna məsələsində tənzimləyici rolda çıxış edən və özünün bitərəfliyini qoruyaraq həm Rusiya, həm də Kiyevin etimadını qazanan Türkiyə bir nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün fərqli qütblərin aparıcı dövlətləri məhz İstanbulda və Ankarada bir masa arxasında otura bilir - buna ən real misal bir neçə gün öncə İstanbulda baş tutmuş ABŞ-Rusiya danışıqlarının yeni raundu idi.
Yeri gəlmişkən, Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, Avropa İttifaqı təhlükəsizliklə bağlı ciddi imtahan qarşısındadır. İttifaqa üzv ölkələr xüsusilə Ukrayna ilə bağlı hadisələri narahatlıqla izləyir: “İndi Türkiyənin ilk gündən ortaya qoyduğu balanslaşdırılmış mövqeyinə daha çox önəm verilir. Rusiya və ya Ukrayna olmadan daimi sülhə nail olmaq mümkün deyil”.
Ərdoğan vurğulayıb ki, Ankara Aİ ilə münasibətləri inkişaf etdirmək istəyir: “Türkiyənin rolunu başa düşməli, strategiyalarını buna uyğun müəyyənləşdirməlidirlər. İnanıram ki, Türkiyə ilə Avropa arasında əlaqələr hər sahədə sürətlə inkişaf edəcək”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

