Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalına start verilib
04.07.2025 [18:45]
İyulun 4-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramına - Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalına start verilib.
Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan və üç gün davam edəcək musiqi festivalında Azərbaycan, Türkiyə və Çinin tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edirlər.
Bu gün tədbirin proqramına uyğun olaraq, Şəki şəhərindəki “Yuxarı Karvansaray” mehmanxana kompleksində musiqisevərlərə ilk konsert proqramı təqdim olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən konsertdə Azərbaycanda yaşayan azsaylı xalqların xor, mahnı və rəqs kollektivləri rəngarəng proqramla çıxış ediblər. Müxtəlif etnik qrupların - talış, avar, ləzgi, molokan, tat icmalarının folklor qruplarının çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsertə başlamazdan əvvəl Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edərək, Azərbaycanın qədim tarixə malik, maddi və mənəvi zənginliyi ilə seçilən bir diyarında - Şəki şəhərində möhtəşəm musiqi festivalının açılışında iştirak etməyin qürurverici olduğunu bildirib.
Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalında Azərbaycanda yaşayan xalqların musiqi, mədəniyyət nümunələrinin nümayiş olunduğunu diqqətə çatdıran Mərkəzin icraçı direktoru deyib: “Bu, çox əhəmiyyətlidir. Ona görə ki, vaxtilə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev bildirmişdi ki, bir xalq özündə nə qədər çox mədəniyyəti birləşdirərsə, bu, onun zənginiyidir. Bu, müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan multikultiralizminin, tolerantlığının şüarına çevrilib. Bu ənənə Prezident İlham Əliyev tərəfindən daim rəhbər tutulub və bu prinsip həmişə qorunub saxlanılır”.
Rəvan Həsənov bildirib ki, bu gün Azərbaycanda 30-a yaxın fərqli dildə danışan, fərqli mədəniyyətə malik xalqlar yaşayır. Azərbaycan yeganə dövlətdir ki, bu müxtəlifliyi özü üçün sərvət hesab edir: “Bu gün fərqli dillərdə musiqi nümunələri, fərqli ritmlər eşidəcəyik. Ancaq bu fərqli musiqi nümunələri bir ritm yaradır. O ritm əslində Azərbaycan tolerantlığının, Azərbaycan multikultiralizminin döyünən ürəyidir”.
Qeyd olunub ki, ölkəmizdə müxtəlif dinlərə sitayiş edən xalq və etnoslar tarixən uzunmüddətli birgəyaşayış şəraitində özünəməxsus mədəni və folklor ənənələrini qoruyub saxlayıblar. Azsaylı xalqların musiqi folkloru Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Bu xalqların əsrlər boyu ölkəmizdə yaşayıb-yaratmaları, öz mədəni irslərini qoruyub inkişaf etdirmələri Azərbaycanda tolerantlığın və multikultiralizmin bariz sübutudur.
Sonra səhnəyə Balakən rayonunun Qabaqçöl qəsəbəsində fəaliyyət göstərən “Cahan” Avar Xalq Kollektivi çıxıb. Kollektiv 1990-cı ildə yaradılıb və 2011-ci ildə ona “Xalq kollektivi” adı verilib. “Cahan” kollektivi respublika və beynəlxalq səviyyəli festivallarda uğurla iştirak edib, dəfələrlə Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərman və diplomlarla təltif olunub. Kollektiv 2021-2022-ci illərdə Şuşa şəhərində keçirilən mötəbər “Xarıbülbül” folklor festivalında da çıxış edərək, böyük rəğbət qazanıb.
Sonra “Hovalim” Talış Folklor Qrupu çıxış edib. 2022-ci ildə Astara Rayon Mədəniyyət Mərkəzində yaradılan qrupun əsas məqsədi talış xalqına məxsus musiqi, rəqs və mərasim ənənələrini yaşatmaq, folklor nümunələrini yeni nəslə çatdırmaqdır.
“Suvar” ləzgi mahnı və rəqs ansamblının çıxışı da tamaşaçıların ürəyincə olub. 1996-cı ildə Bakıda yaradılan bu ansambl respublika və beynəlxalq festivalların laureatıdır. Orijinal rəqsləri, yüksəksəviyyəli mahnı ifaları ilə seçilən bu ansambl 2011-ci ildə “Xalq kollektivi” fəxri adına layiq görülüb.
Tamaşaçılar İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərən “Slavyanoçka” Xalq Xorunun çıxışını da maraqla qarşılayıblar. Kollektiv 1973-cü ildən fəaliyyət göstərir. Xalq xoru dəfələrlə Bakıda və respublikamızın bir çox bölgələrində müxtəlif bayram, konsert və el şənliklərində uğurla çıxış edib.
Şabran rayonunun Dağbilici kənd Mədəniyyət Evində 1986-cı ildə yaradılan “Xınayaxdı” Folklor Xalq Kollektivinin çıxışı da maraqla qarşılanıb. Kollektivin repertuarına əsasən xalq mahnıları, mövsümi mərasimlərə, əkin-biçin dövrünə və el bayramlarına aid nəğmələr daxildir. Bu folklor nümunələri həm milli ruhun yaşadılması, həm də qədim adət-ənənələrin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Konsert Müslüm Maqomayevin ifa etdiyi “Azərbaycan” mahnısının sədaları altında başa çatıb.
Uğurla başa çatan konsertin sonunda Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək, gözəl bir ənənəyə çevrilən və artıq on dördüncü dəfədir keçirilən “İpək yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib.
Konsertin sonunda folklor qruplarının rəhbərlərinə festivalın xatirə hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

