Avropanın neftə tələbatı artır...
04.02.2026 [09:12]
Yeni neft sazişləri imzalayan Azərbaycan qlobal enerji təminatçısı kimi mövqeyini möhkəmləndirmək niyyətindədir
Avropanın bir sıra dövləti “yaşıl enerji” istehsalı kursunu dəyişərək neft və qaz istehsalını artırmaq qərarına gəlib. Yunanıstan, İtaliya və Kipr enerji təhlükəsizliyini təmin etmək məqsədilə neft və qaz kəşfiyyatını həyata keçirməyə başlayıb. Yunanıstanın “Energean Group” şirkətinin rəhbəri Matiosa Riqasa bildirib ki, 7 il əvvəl “yaşıl enerji” istehsalına daha çox sərmayə yatırılırdısa, hazırda ənənəvi enerjiyə kapital axınlarının artımı müşayiət edildi. Bunun əsas səbəblərindən biri kimi istehsal olunan alternativ enerjinin tələbatı ödəyə bilməməsidir. Bu baxımdan iri neft şirkətləri, xüsusilə də “ExxonMobil” kimi nəhəng korporasiyalar yeni kəşfiyyat işlərinə start verib. Amerikan şirkəti Yunanıstanın qərb bölgələrində kəşfiyyat işlərini genişləndirib. M. Riqasa nəzərə çatdırıb ki, bu gün Avropa qitəsi enerji təminatı baxımından əziyyət çəkir. Qiymətlər hər gün yüksəlir ki, bu da ölkələrin iqtisadi inkişafına mənfi təsir göstərir.
İkinci neft bumuna keçid
Mövcud tendensiyalar Azərbaycanda da neft hasilatının artırılması üçün qlobal sərmayədarlarla imkanların səfərbər edilməsini aktuallaşdırır, yeni neft-qaz sazişlərinin imzalanmasını zəruri edir. Bu məsələyə Prezident İlham Əliyev də diqqət çəkib, ötən ay İsveçrədə keçirilən Davos İqtisadi Forumunda təşkil edilən sessiyada neft hasilatı ilə bağlı fikirlər səsləndirib. Ölkəmizdə neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planlarımızın olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, beynəlxalq enerji şirkətləri tərəfindən həyata keçirilən kəşfiyyat layihələri yaxşı nəticələr verdiyi halda Azərbaycanda ikinci neft bumunu yaşaya biləcəyimizə dair çox haqlı ümidlərimiz var.
Yeni neft bumu üçün əsaslı hüquqi-iqtisadi baza mövcuddur, 2017-ci il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”- “Çıraq”- “Günəşli” (AÇG) yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni Sazişin imzalanması ilə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılıb. Eləcə də son illərdə SOCAR bir neçə xarici korporasiya ilə sazişlər imzalayıb.
Davos Forumunda SOCAR-ın rəhbərliyinin iştirakı ilə dünyanın tanınmış enerji və marketinq icmasının nümayəndələri ilə keçirilən görüşlərdə də Azərbaycanda müasir enerji layihələri barədə müzakirələr aparılıb. Görüşlərdə neft-qaz hasilatında “yaşıl texnologiya”ların tətbiqi, innovasiya və səmərəlilik, idarəçilik və inkişaf kimi mövzularda əməkdaşlıq imkanlarına toxunulub. Tədbir çərçivəsində SOCAR-la İsveçrənin “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb. Sənədə əsasən, tərəflər müasir monitorinq texnologiyaları vasitəsilə birgə fəaliyyət çərçivəsinin yaranmasını təmin edəcəklər. Bu xüsusda, istehsal, daşınma və satış zəncirinin bütün mərhələlərini əhatə edən vahid və rəqəmsal nəzarət mexanizminin formalaşdırılması nəzərdə tutulur. “SICPA SA” şirkəti ilə əməkdaşlıq yeni həllər, enerji təchizatı zənciri üzrə təhlükəsizliyin təmin edilməsinə və şəffaflığın artırılmasına töhfə verəcək. Bu saziş də məhz yeni neft bumu üçün nəzərdə tutulub.
ABŞ-la birgə Xəzərdə yeni layihələr
Xəzər dənizində modernləşdirmədə əsas rol oyanayan bp şirkəti innovasiyayönümlü istehsala keçid sayəsində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda əlavə olaraq 2 milyard bareldən çox neft hasil etməyi planlaşdırır. Şirkətin AÇG sahəsinin işlənməsi üzrə meneceri Əfqan Hüseynovun sözlərinə görə, AÇG-nin gələcək hasilat potensialını artırmaq üçün kompleks yenilənmə və yeni texnologiyaların tətbiqi davam etdirilir. Yatağın statik və dinamik modelləşdirilməsi daha da təkmilləşdirilib. 700-dən çox quyudan toplanmış məlumatlar və 16 min metrdən artıq DTS nəticələri mürəkkəb layların dəqiq xəritələndirilməsinə imkan verib. Bunun nəticəsində təqribən 300 min barel əlavə hasilat potensialı yaranıb və potensial daha da artmaqdadır.
Azərbaycanın Xəzərdə ən modern emal texnologiyalarını tətbiq etməsində yaxın tərəfdaşlarından biri ABŞ-dır. SOCAR və ABŞ-ın “SLB” şirkəti arasında əldə edilmiş razılığa əsasən, Xəzərin Azərbaycan sektorundakı “Bahar” və “Qum-Dəniz” yataqlarının yenidən işlənməsinə start verilib. Bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyən edilməsini, hərtərəfli rezervuar modelləşdirməsinin hazırlanmasını və bu yataqlarda erkən hasilat sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur.
25 il müddətinə nəzərdə tutulan müqavilənin investisiya portfeli 1 milyard dollar həcmində qiymətləndirilir. Müqavilə blokunda qaz ehtiyatları 25 milyard kubmetr təşkil edən yatağın işlənməsi SOCAR-ın neft hasilatının artmasına və uzunmüddətli strategiyasına mühüm töhfə verəcək.
Yeri gəlmişkən, Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası üzrə Memorandumun bir istiqaməti də enerji sahəsində əməkdaşlığı nəzərdə tutur. Eləcə də SOCAR və “ExxonMobil” korporasiyası arasında imzalanmış “Əməkdaşlıq haqqında Memorandum”ABŞ-ın məşhur enerji korporasiyasının Azərbaycanda yeni fəaliyyət planlarına dair yol xəritəsidir. “Exxon” şirkəti Xəzərdə yeni karbohidrogen tədarüklərinin başlanması üçün “EXIM Bank”ı da prosesə qoşacaq ki, bu da nəql infrastrukturunun şaxələnməsində potensial maliyyəni təmin edəcək.
Enerji sənayesində yeni yanaşmalar tətbiq olunur
Xarici korporasiyalarla yeni əməkdaşlıq sazişlərinin məqsədi neft hasilatının dayanıqlılığını təmin etmək, enerji sənayesinə yeni yanaşmalar gətirməkdir. Çünki asan neft dövrü başa çatıb və Xəzərdə yataqların məhsuldarlığını saxlamaq üçün müasir texnologiyaya ehtiyac var. Xəzər hövzəsi texniki cəhətdən ən maraqlı və strateji baxımdan vacib bölgələrdən biri olaraq qalır və bu amil dənizin zəngin neft zonası kimi əhəmiyyətini təsdiqləyir. Ona görə də, müasir texnoloji sıçrayışlar fonunda neft sənayesinin yeni innovasiyalara ehtiyacı artıb və hazırda yeni ideya və yanaşmalar da bu səmtə istiqamətlənib. Bu istiqamətdə Azərbaycanın əsas enerji partnyoru olan bp şirkəti Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə texnologiyası tətbiq edəcək. Bu innovativ metodlar hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkan verəcək.
Beləliklə, Xəzərin enerji resurslarının artması ənənəvi enerjiyə tələbatların artan Avropa dövlətlərinin enerji təhlükəsizliyini daha da möhkəmlənməsi üçün də mühüm əhəmiyyət daşımaqla, Azərbaycanın sadiq təchizatçı kimi uzun illər regional üstünlüyünü təmin edəcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 Fevral 23:39
Dünya
03 Fevral 23:20
Dünya
03 Fevral 22:51
Dünya
03 Fevral 22:18
Dünya
03 Fevral 21:46
Dünya
03 Fevral 21:23
Dünya
03 Fevral 20:45
Maraqlı
03 Fevral 20:34
Dünya
03 Fevral 20:13
Dünya
03 Fevral 19:51
Dünya
03 Fevral 19:39
Dünya
03 Fevral 19:25
Dünya
03 Fevral 18:20
YAP xəbərləri
03 Fevral 17:40
YAP xəbərləri
03 Fevral 17:36
Xəbər lenti
03 Fevral 17:28
YAP xəbərləri
03 Fevral 17:28
Siyasət
03 Fevral 17:25
Siyasət
03 Fevral 16:01
Gündəm
03 Fevral 15:56
Xəbər lenti
03 Fevral 15:54
Elanlar
03 Fevral 15:20
Sosial
03 Fevral 14:52
Dünya
03 Fevral 14:52
Dünya
03 Fevral 14:50
Dünya
03 Fevral 14:19
Sosial
03 Fevral 13:46
Sosial
03 Fevral 13:25
Sosial
03 Fevral 12:44
Xəbər lenti
03 Fevral 12:44
Sosial
03 Fevral 12:13
Sosial
03 Fevral 12:12
Sosial
03 Fevral 12:11
İqtisadiyyat
03 Fevral 12:10
İqtisadiyyat
03 Fevral 12:09
Analitik
03 Fevral 11:45
Siyasət
03 Fevral 11:34
Siyasət
03 Fevral 11:19
Gündəm
03 Fevral 10:57
Siyasət
03 Fevral 10:33
Gündəm
03 Fevral 10:29
İqtisadiyyat
03 Fevral 10:18
Analitik
03 Fevral 09:54
Hadisə
03 Fevral 09:36
Analitik
03 Fevral 09:31
İqtisadiyyat
03 Fevral 09:15
Analitik
03 Fevral 08:50
Mədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21

