Gənclər siyasəti dövlətin inkişaf strategiyasının tərkib hissəsidir
02.02.2026 [18:28]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycanda həyata keçirilən gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan, uzunmüddətli və strateji dövlət siyasəti kimi formalaşıb. 44 günlük Vətən müharibəsi bu siyasətin real nəticələrini açıq şəkildə nümayiş etdirdi. Ölkə başçısı cənab İlham Əliyev öz çıxışlarında qeyd etdiyi kimi, Vətən müharibəsində əldə olunan tarixi Zəfərin əsas dayaqlarından biri məhz vətənpərvər, hazırlıqlı və milli ruhda yetişmiş gənclik oldu.
Prezident İlham Əliyev müharibə dövründə və sonrakı çıxışlarında qeyd edib ki, Azərbaycan gəncləri həm döyüş meydanında, həm də arxa cəbhədə yüksək məsuliyyət, birlik və fədakarlıq nümayiş etdirdilər. Dövlət başçısının sözlərinə görə, bu həm düzgün aparılan gənclər siyasətinin, həm də milli-mənəvi dəyərlərə əsaslanan tərbiyə modelinin məntiqi nəticəsidir. Vətən müharibəsi dövründə minlərlə gənc Azərbaycan vətəndaşı könüllü olaraq ordu sıralarına qoşuldu. Prezident İlham Əliyev bu faktı çıxışlarında xüsusi vurğulayaraq bildirib ki, gənclərin Vətən qarşısında bu səviyyədə məsuliyyət hissi dövlətin gənclərə göstərdiyi etimadın qarşılıqlı təzahürüdür. Ölkə başçısı qeyd edib ki, Azərbaycan gəncliyi torpaq, Vətən və suverenlik anlayışlarını real əməli ilə təsdiqlədi.Prezident İlham Əliyevin siyasi xəttində gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi daim prioritet olub. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, tarixini bilməyən, milli kimliyinə bağlı olmayan gənclik güclü dövlət qura bilməz. Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıq bu ideoloji xəttin cəmiyyətdə dərin kök saldığını sübut etdi. Müharibədən sonrakı dövrdə Prezident İlham Əliyev gənclərin postmüharibə mərhələsində də fəal rol oynamasını xüsusi əhəmiyyətli hesab edir. Azad edilmiş ərazilərin bərpası, “Böyük Qayıdış” strategiyası, yeni infrastruktur və sosial layihələrdə gənclərin iştirakı dövlət başçısı tərəfindən Azərbaycanın gələcək inkişafının əsas amillərindən biri kimi qiymətləndirilir.
Eyni zamanda, Prezident İlham Əliyev Vətən müharibəsi kontekstində gənclərin informasiya cəbhəsində də rolunu xüsusi vurğulayıb. Müasir dövrdə milli maraqların müdafiəsi yalnız hərbi sahə ilə məhdudlaşmır və gənclərin rəqəmsal bacarıqları, beynəlxalq platformalarda fəallığı ölkənin mövqelərinin qorunmasında mühüm əhəmiyyət daşıyır. Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycanda həyata keçirilən gənclər siyasətinin düzgünlüyünü və effektivliyini təsdiqlədi. Prezident İlham Əliyevin strateji baxışına əsaslanan bu siyasət güclü dövlət, möhkəm cəmiyyət və milli maraqlara sadiq gəncliyin formalaşmasını təmin edir. Azərbaycan gəncliyi bu gün yalnız ölkənin gələcəyi deyil, eyni zamanda müstəqilliyin və suverenliyin əsas dayağı kimi çıxış edir.
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53

