Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Polşa MiQ-29 təyyarələrinin Ukrayna tədarükü ilə bağlı danışıqları davam etdirir

Polşa MiQ-29 təyyarələrinin Ukrayna tədarükü ilə bağlı danışıqları davam etdirir

25.06.2026 [18:52]

Polşa MiQ-29 qırıcı təyyarələrinin Ukraynaya mümkün tədarükü ilə bağlı Kiyevlə danışıqları dayandırmayıb.

AZƏRTAC xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Sezari Tomçiki deyib.

“MiQ-29 qırıcılarının tədarükü ilə bağlı məsələ hələ də müzakirə mərhələsindədir. Biz bu razılaşmanın yekunlaşdırılması və imzalanması üçün imkanlar görürük”, - deyə Dziennik.pl internet portalı Sezari Tomçikidən iqtibas gətirib.

Nazir müavininin sözlərinə görə, Ukrayna tərəfi həmin təyyarələri qəbul edəcəyinə inanır və Polşa onları öz hesabına modernizə edərək Kiyevə təhvil verə bilər.

Qeyd edək ki, 2025-ci ilin dekabrında Polşa Müdafiə Nazirliyi Ukraynaya ilin sonunadək istismardan çıxarılacaq 6-8 ədəd MiG-29 qırıcı təyyarəsi vermək planlarını açıqlayıb.

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

35 il bir yerdə

26 İyun 10:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30