Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib
26.06.2026 [13:06]
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər başa çatıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Qeyd edək ki, yürüşlər beş marşrut üzrə təşkil olunub:
I yürüş marşrutu: Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – Dəniz Vağzalı;
II yürüş marşrutu: Şəhidlər xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı - “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;
III yürüş marşrutu: Q.Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı;
IV yürüş marşrutu: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;
V yürüş marşrutu: Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı – “28 Mall” Ticarət Mərkəzi.
Hərbi qulluqçuların vətənpərvərlik ruhunda mahnıların sədası altında yürüşləri paytaxt sakinləri tərəfindən maraqla qarşılanıb.
Yürüşlər paytaxtla yanaşı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında da təşkil olunub.
Hərbi qulluqçuların vətənpərvərlik ruhunda mahnıların sədası altında yürüşləri paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Silahlı Qüvvələr Günü münasibətilə keçirilən yürüşə ailəsi ilə birlikdə qatılan Mirfazil Seyidov bayram sevincini xalqla bölüşdü. O, Azərbaycan xalqını, Azərbaycan Ordusunu əlamətdar gün münasibətilə təbrik edərək, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib: “Bu gün sahib olduğumuz müstəqillik, azadlıq, ərazi bütövlüyü şəhidlərimizin bizə əmanətidir. Onların qarşısında hər zaman borcluyuq. Biz də bu qüruru yaşamaq üçün yürüşə ilk andan qoşulduq, hər addımı böyük sevinc, fəxarət və qürur hissi ilə qət etdik”.
Mirfazil Seyidovun sözlərinə görə, yürüşdə övladının da iştirak etməsi təsadüfi deyil. Ailə üçün əsas məqsəd uşaqlara kiçik yaşlarından Vətən sevgisini aşılamaqdır.
“Çalışırıq ki, övladımız vətənpərvərlik ruhunda böyüsün. Onu bura gətirdik ki, Azərbaycan əsgərini görsün, ordumuzun gücünü hiss etsin, bu qürur və sevinc dolu ab-havanı yaşasın. Övladım da bizimlə birlikdə yürüşün əvvəlindən sonuna qədər böyük fərəh hissi ilə iştirak etdi”, – deyə o vurğulayıb.
Hərbi yürüşü iki azyaşlı övladı ilə izləyən Cəfər Qarayev qalib Azərbaycan Ordusunun mənsublarını yaxından görməyin hər bir vətəndaş üçün böyük fəxarət hissi doğurduğunu vurğulayıb: “Ordumuzu hər dəfə görəndə qürur hissi keçirirəm. Müharibədə iştirak etmişəm və bu ruh mənə çox yaxındır. Hərbi yürüşü izləyərkən kövrəlirəm, amma bu, qürurdan irəli gələn kövrəklikdir. Azərbaycan Ordusunun gücünü və əzmini görmək insana böyük ruh yüksəkliyi verir”.
O, övladlarının da yürüşdə iştirak etməsinin məqsədli olduğunu qeyd edib. Bildirib ki, uşaqlara Vətən sevgisi və vətənpərvərlik hissi məhz kiçik yaşlardan aşılanmalıdır.
"Bu dəyərlər hər bir ailədə formalaşdırılmalıdır. Biz də istəyirik ki, övladlarımız Vətənini sevən, dövlətinə bağlı və vətənpərvər ruhda böyüsünlər", – deyə C.Qarayev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30

