Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ Səudiyyə Ərəbistanına 5,75 milyard dollarlıq silah satışını təsdiqləyib

ABŞ Səudiyyə Ərəbistanına 5,75 milyard dollarlıq silah satışını təsdiqləyib

05.09.2026 [20:25]

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına ümumi dəyəri təxminən 5,75 milyard dollar olan hərbi texnikanın mümkün satışını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda bildirilib.

Razılaşma çərçivəsində Ər-Riyada 10 minə yaxın JDAM dəqiq idarə olunan sursat, 5 min BLU-111 və 5 min BLU-117 hava bombası, həmçinin 60 ədəd AGT-1500 tank mühərrikinin satılması nəzərdə tutulur.

Məlumata görə, bombalar və digər sistemlərin dəyəri 5 milyard, tank mühərriklərinin isə 750 milyon dollar qiymətləndirilir.

ABŞ administrasiyası artıq Konqresi məlumatlandırıb. Qanunverici orqanın razılaşmanı nəzərdən keçirmək üçün 30 gün vaxtı var.

Paylaş:
Baxılıb: 53 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30