Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Son sutka ərzində ölkədə 93 cinayətin açılması təmin edilib – DİN

Son sutka ərzində ölkədə 93 cinayətin açılması təmin edilib – DİN

04.09.2026 [12:48]

Sentyabrın 3-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 88 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər, dələduzluğa görə axtarışda olan 7 nəfər aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 25 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 1,3 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 22 tüfəng, 6 patron darağı, 1 mərmi və 253 ədəd müxtəlif çaplı patron aşkar edərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Gündəm

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30