Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

04.09.2026 [12:48]

Sentyabrın 19-20-də Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festival Şamaxı Rayon İcra Hakimiyyəti, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində baş tutacaq.

Artıq 5-ci dəfədir təşkil olunacaq festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunacaq festivala müxtəlif şərab brendləri qatılaraq öz məhsullarını təqdim edəcəklər.

Ziyarətçilər iki gün ərzində üzümçülük və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanacaq, müxtəlif əyləncə və şou proqramları izləyəcəklər. Tədbirin əyləncə proqramı yaxın günlərdə açıqlanacaq.

Festivala giriş üçün biletləri iTicket.az saytı vasitəsilə əldə etmək olar.

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30