Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü yolunda “qırmızı işıq”
05.09.2026 [11:53]
Budapeşt hər iki ölkənin Aİ-yə üzvlük danışıqlarının növbəti mərhələlərinin irəliləməsinə veto qoyub
Ukraynanın və Moldovanın sürətləndirilmiş qaydada Avropa İttifaqına (Aİ) üzv qəbul edilmələri ətrafında növbəti dəfə gərginlik yaranıb. Söhbət Macarıstanın yenidən prosesə etiraz etməsindən gedir. Baş naziri Peter Macyar Avropa Şurasının sədri Antonio Koşta ilə görüşündə bildirib ki, Macarıstan heç bir ölkənin Avropa İttifaqına sürətləndirilmiş qaydada üzv qəbul edilməsini dəstəkləməyəcək.
Baş nazirin açıqlaması Macarıstanın sentyabrın 2-də Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar prosesini növbəti dəfə bloklamasından sonra səslənib. Məlumata görə, Budapeşt Ukrayna və Moldovanın Aİ-yə üzvlük danışıqlarının növbəti mərhələlərinin irəliləməsinə mane olub.
Aİ-yə üzvlük çıxılmazlığı - geosiyasi amillər önə keçir
Avropa İttifaqına üzv olmaq üçün bu istəkdə bulunan dövlətlər Kopenhagen meyarlarına cavab verməli və çoxmərhələli rəsmi prosesdən keçməlidirlər. Kopenhagen meyarları siyasi sahədə stabil demokratiya, qanunun aliliyi, insan hüquqları və azlıqların qorunması kimi prinsipləri özündə ehtiva edir. Namizəd ölkələr qeyd olunan istiqamətlərdə islahatlar aparmaqla, qanunvericilik bazasını möhkəmlətməklə özlərini Aİ standartlarına uyğunlaşdırmalıdırlar. Həmçinin Aİ-yə üzvlük arzusunda olan ölkələr yüksək səviyyəli bazar iqtisadiyyatı modelinə keçid etməli və istehsal imkanları ilə Aİ daxilindəki rəqabətə tab gətirməlidirlər. Eyni zamanda, ölkələr Aİ-nin bütün qanunlarını, qaydalarını və standartlarını qəbul etmək məcburiyyətindədirlər.
Üzvlüyə gedən yol Avropa İttifaqı Şurasına rəsmi müraciətlə başlayır. Avropa Komissiyasının rəyindən sonra bütün Aİ ölkələrinin yekdil razılığı ilə ölkəyə “namizəd” statusu verilir. Bundan sonra danışıqlar prosesi başlayır. Aİ qanunvericiliyi 35 müxtəlif sahəyə (ətraflı mühit, məhkəmə, kənd təsərrüfatı və s.) bölünür. Namizəd ölkə öz qanunlarını bu sahələr üzrə Aİ standartlarına uyğunlaşdırmalıdır. Danışıqlar bitdikdən sonra Üzvlük Müqaviləsi hazırlanır. Bu müqavilə Avropa Parlamenti, Avropa Komissiyası, bütün mövcud Aİ üzvləri və namizəd ölkə tərəfindən ratifikasiya olunmalıdır.
Lakin danışıqların başlanması heç də bütün hallarda Aİ-yə üzvlüyü təmin etmir. Məsələn, 2027-ci ildə Aİ-yə qoşula biləcək Monteneqro 14 ildir danışıq aparır. Qoşulma şansı olmayan Türkiyə Avropa İttifaqına namizəd ölkə statusunu 1999-cu ildə alıb və üzvlük danışıqlarına rəsmən 2005-ci ildə başlayıb. Proses uzandıqca uzanır və üfüqdə heç bir parıltı görünmür.
Bir sıra ölkələrin təcrübəsi göstərir ki, Aİ sıralarında yer almaq getdikcə daha çox dərəcədə siyasi alətə çevrilir. Yəni proses heç də bütün hallarda Kopenhagen meyarlarına uyğun aparılmır. Brüsselin geosiyasi və geoiqtisadi maraqlarından asılı olaraq hansısa bir ölkənin qarşısında “yaşıl”, digərinin qarşısında isə “qırmızı” işıq yandırılır. Qardaş Türkiyənin nümunəsi buna misaldır. Bu gün Türkiyənin həm siyasi, həm də iqtisadi sahədə yaratdığı reallıqlar bir sıra Avropa dövlətlərində olduğundan qat-qat üstündür. Ancaq qeyd etdiyimiz kimi, danışıqlar prosesi tamamlanmır. Səbəb də odur ki, Türkiyə fərqli inanca malik dövlətdir.
Son vaxtlarda isə yenə də geosiyasi amillərə görə qonşu Gürcüstanla Aİ arasında ciddi ixtilaflar yarandı. Belə ki, Gürcüstan parlamentində qəbul olunan bir sıra qanunlar Brüsseli qane etmədi. Həmin qanunlar Gürcüstanın milli mənafeyi naminə qəbul olunmuşdu. Brüssel isə bunu rəsmi Tbilisinin Rusiyanın təsir dairəsinə keçməsi, Avropadan uzaqlaşması anlamında təqdim etdi və beləliklə də, danışıqlar prosesi pozuldu. Hazırda oxşar proseslər qonşu Ermənistanda izlənilir.
Budapeştin şərtləri nədən qaynaqlanır?
Macarıstan Aİ-yə üzvlük danışıqlarının əsas mərhələsi olan ikinci (vahid daxili bazar) və üçüncü (rəqabətqabiliyyətlilik və sosial siyasət) danışıqlar klasterlərinin açılmasını təsdiqləməkdən imtina edib. Halbuki Aİ-yə üzvlük prosesində yekdillik prinsipi var. Yəni Aİ qaydalarına görə, danışıqların hər bir mərhələsinin və fəslinin açılması üçün 27 üzv dövlətin hamısının yekdil səsi (razılığı) tələb olunur. Macarıstan veto hüququndan istifadə edərək prosesi tamamilə dayandırıb.
Macarıstan hakimiyyəti danışıqlar prosesinin bərpası üçün 2 şərt irəli sürür. Bunlar aşağıdakılardır:
- Ukrayna hakimiyyəti etnik macarların hüquqları ilə bağlı ikitərəfli razılaşmanı yerinə yetirməlidir,
- Budapeşt Aİ rəhbərliyindən Macarıstana tətbiq olunan gündəlik 1 milyon avro məbləğində cərimənin ləğvi məsələsinin ən qısa zamanda həllini gözləyir.
Söhbət Ukraynanın Zakarpatye ərazisində kompakt yaşayan 100 minlik macar etnik azlığının hüquqlarının qorunmasından gedir. Bununla bağlı uzun illər ərzində aparılan danışıqlardan sonra 2026-cı ilin iyun ayında müvafiq saziş imzalanıb. Sənəddə əsasən macar azlığının dil, təhsil, mədəni və siyasi hüquqları bərpa olunur və genişləndirilir. Ukrayna rəsmi olaraq bu razılaşmadakı bəndləri öz milli qanunvericiliyinə daxil etmək və Avropa İttifaqına üzvlük üzrə fəaliyyət planına inteqrasiya etmək öhdəliyi götürüb. “Bununla da bizim Zakarpatyedən olan soydaşlarımız əvvəlkindən xeyli dərəcədə daha geniş təhsil, mədəniyyət, dil və siyasi hüquqlara malik olacaqlar. Bu öhdəliklər həmçinin Ukraynanın Avropa İttifaqına inteqrasiyası çərçivəsindəki fəaliyyət planında da öz əksini tapacaq. Əgər bu baş verərsə, Macarıstan hökuməti Ukraynaya münasibətdə (Aİ-yə daxil olmaq barədə - red.) ilk danışıqlar klasterinin açılmasına razılıq verəcək”, - deyə Baş nazir saziş imzalandıqdan sonra sosial şəbəkə hesabında bildirib.
Belə görünür ki, hələlik rəsmi Kiyev öhdəliklərini tam şəkildə yerinə yetirməyə tələsmir və buna cavab olaraq da Budapeşt danışıqlar prosesini əngəlləyir.
İkinci məsələyə gəldikdə isə Aİ Ədalət Məhkəməsi 2024-cü ilin iyununda Macarıstana 200 milyon avro məbləğində birdəfəlik cərimə tətbiq edib və qərarın icrasında hər gecikdirilən gün üçün əlavə 1 milyon avro ödəmək öhdəliyi qoyub. Cərimə Budapeştin Aİ-nin sığınacaq və miqrasiya qaydalarına əməl etməməsi ilə əlaqədar tətbiq olunub.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37

