Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini bir il uzadıb

Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini bir il uzadıb

26.06.2026 [13:30]

Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini rəsmi şəkildə bir il uzadıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Şuranın açıqlamasında bildirilir: “Aİ sammitinin qərarına uyğun olaraq, Rusiyaya qarşı iqtisadi sanksiyaların müddəti bir il uzadılıb”.

18–19 iyun tarixlərində Brüsseldə keçirilən zirvə görüşündə Aİ liderləri Rusiyaya qarşı əsas iqtisadi sanksiyaların müddətinin 2014-cü ildən bəri tətbiq olunan hər altı aydan bir uzadılması praktikasından imtina edərək, bundan sonra onların ildə bir dəfə uzadılması barədə qərar qəbul ediblər.

Paylaş:
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

35 il bir yerdə

26 İyun 10:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30