/ / YAP Şəmkir rayon təşkilatının ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirilib
YAP Şəmkir rayon təşkilatının ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirilib
03.02.2026 [17:28]
07 fevral 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı aparatında 2025-cü ilin yekunu və 2026-cı ildə qarşıda duran vəzifələrə dair YAP Şəmkir rayon təşkilatının ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd etmişdir ki, “Müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində Ulu Öndər Heydər Əliyevin ideyalarına və siyasi strategiyasına daim sadiq qalaraq, onları yeni çalarlarla və müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir. 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsi məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, cəsarəti və siyasi iradəsi sayəsində öz həllini tapıb. Bizə bu günləri yaşadan, tarixi Zəfərimizə imza atan cənab Prezidentə hər zaman minnətdarıq. Hazırda qarşıda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyatı dirçəltmək, bərpa etmək kimi mühüm və şərəfli bir vəzifə dayanır.
Fəxrəddin Vəliyev bildirmişdir ki, bu gün Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir. 2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı partiyanın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub. Görülən işlər mütəmadi olaraq təhlil edilir, müvafiq nəticələr çıxarılır və müəyyən olunmuş vəzifələrə və perspektiv hədəflərə dair müzakirələr aparılır, fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Qurultayda qəbul edilən qərarlar partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir.
Rayon təşkilatının sədri vurğulamışdır ki, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı əvvəlki illərdə olduğu kimi 2025-ci il ərzində də fəaliyyətini Yeni Azərbaycan Partiyası qurultayının qarşımıza qoyduğu vəzifələri həyata keçirmək, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıqlarını icra etmək və rayonumuzun bütün ictimai-siyasi həyatında yaxından iştirak etməkdən ibarət olmuşdur. Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı öz fəaliyyətini “Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında əsasnamə”sinə eləcə də rayon təşkilatının İş Planlarına uyğun olaraq qurmuş, qarşıda duran vəzifələr uğurla icra edilmişdir. Rayon təşkilatı partiya üzvlərinin fəallıqlarının artırılması, ərazi partiya təşkilatları və partiya fəalları ilə ardıcıl və səmərəli işlərin aparılması təmin etmiş, ictimai və siyasi, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, şəhid ailələri və qazilərə qayğı göstərilməsi istiqamətində müxtəlif layihə, tədbir və aksiyalar keçirmişdir. Rayon təşkilatının 2025-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən biri də cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gördüyü işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarət olub.
Partiya təşkilatının sədri onu da qeyd etmişdir ki, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixində Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn müddəaların icra edilməsi ilə bağlı təşkilatımız tərəfindən “Qarabağda həyat canlanır”, “Qədim ənənələrimiz gələcəyimizə mirasdır” və s. mövzularda ekoloji maarifləndirmə tədbirləri təşkil edilmiş, “intellektual yarış”, rəsim müsabiqəsi və şahmat yarışları keçirilmişdir. Keçirilmiş yarışların və müsabiqənin qaliblərinə YAP Şəmkir rayon təşkilatı tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim olunmuşdur. Həmçinin rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Rayonda müxtəlif silsilədə tədbirlər və ağacəkmə aksiyası təşkil etmişdir. Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar rayon təşkilatımızda vəzifələrin müəyyən edildiyini diqqətə çatdırdı.
Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq 2025-ci ildə islahatların yeni mərhələsinə qədəm qoyulduğunu və məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atıldığını, eyni zamanda Ağdam rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri, sosial infrastrukturun yenilənməsi, yeni iş yerlərinin açılmasının cənab Prezidentin siyasətinin real nəticəsi olduğunu bildirib.
Tədbirdə Dağ-Cəyir kənd ərazi partiya təşkilatının sədri Famil Həmidov, Düyərli kənd ərazi partiya təşkilatının sədri Aybəniz Nəsibova və başqalarının 2025-ci ildə gördüyü işlər dinlənilmiş və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

