Futbolun yeni oyun qaydaları təsdiqlənib
01.03.2026 [15:30]
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolun oyun qaydalarında bir sıra dəyişiklikləri təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qurumun yaydığı məlumata görə, yeniliklər oyunun tempini artırmaq və vaxt itkisini minimuma endirmək məqsədi daşıyır. Dəyişikliklər 2026-cı il dünya çempionatı da daxil olmaqla bütün rəsmi turnirlərdə tətbiq olunacaq.
Yeni qaydalara əsasən, aut və qapı zərbələri üçün 5 saniyəlik geri sayım tətbiq ediləcək. Müddət aşılarsa, aut atışı rəqib komandaya veriləcək, gecikdirilən qapı zərbəsi isə künc zərbəsi ilə nəticələnəcək.
Oyunçu dəyişiklikləri ilə bağlı da yenilik var. Dəyişdirilən futbolçu meydanı 10 saniyə ərzində tərk etməlidir. Əks halda, meydana daxil olan oyunçu 1 dəqiqə gözləməli olacaq.
Zədə alan futbolçuya tibbi yardım göstərildikdən sonra o, ən azı 1 dəqiqə meydandan kənarda qalacaq. Bu müddət oyunun axar vaxtı ilə hesablanacaq.
VAR sisteminin tətbiq dairəsi genişləndirilib. Bundan sonra səhv verilmiş ikinci sarı vərəqə nəticəsində göstərilən qırmızı vərəqə, yanlış futbolçuya verilən kart və açıq-aşkar səhv təyin edilmiş künc zərbələri də videoköməkçi hakim tərəfindən nəzərdən keçirilə biləcək.
Bundan başqa, qapıçıların vaxt uzatmağa yönəlmiş taktiki zədələnmələri ilə bağlı sınaq mexanizmi tətbiq olunacaq.
2026/2027 mövsümündən qüvvəyə minəcək əlavə dəyişikliklərə əsasən, yoxlama oyunlarında 8 (razılaşma ilə 11-ə qədər) oyunçu dəyişikliyinə icazə veriləcək, təhlükəsiz şəkildə örtülmüş avadanlıqlardan istifadəyə şərait yaradılacaq, təşkilatçı qurumların istəyi ilə hakimlər üçün bədən kamerasının tətbiqi mümkün olacaq.
Həmçinin, hava atışı zamanı topun əvvəlki mövqeyini itirməyən komandaya verilməsi dəqiqləşdirilib, penalti zərbəsi zamanı “ikiqat toxunuş”la bağlı müddəa qaydalara əlavə edilib. Əgər üstünlük tətbiq edildikdən sonra qol vurularsa, açıq qol imkanını pozan oyunçuya əlavə intizam cəzası verilməyəcək. Yarı avtomatik ofsayd texnologiyası və ofsaydla bağlı sınaqların davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, dəyişikliklər IFAB-ın rəsmi qərarı əsasında qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

