Azərbaycan Rəssamlıq Akademiyası tələbələri beynəlxalq müsabiqədə uğur qazandılar
02.03.2026 [18:28]
11 dekabr 2025-ci il tarixində Heydər Əliyev Mərkəzi-ndə Böyük Britaniya Səfirliyinin təşkilatçılığı ilə keçirilən “Sustainable Cities: Art and Architecture” beynəlxalq memarlıq-dizayn müsabiqəsinin yekun təqdimat mərasimi baş tutmuşdur. Müsabiqə şəhər mühitində su qıtlığı, enerji keçidi və davamlı urbanistikanın gələcək perspektivlərinin araşdırılmasına həsr olunmuşdur.
“Memarlıq” ixtisasında təhsil alan tələbələr Baku White City kontekstində su resurslarının idarə olunması və ekoloji davamlılıq mövzusunda konseptual layihələr hazırlamış, işlər iki mərhələli beynəlxalq qiymətləndirmə əsasında seçilmişdir. Final mərhələsində layihələr Böyük Britaniyadan olan 38 memar tərəfindən dəyərləndirilmişdir.
Təqdimat mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould çıxış edərək müsabiqənin əhəmiyyətini vurğulamış və xüsusilə Memarlıq kafedrasının müdiri, dosent Gülər Məmmədovanın adını qeyd etmişdir. Səfir tələbələrin müsabiqədə fəal iştirakını, proses boyu yüksək təşkilati əlaqəni və layihələrin keyfiyyətli təqdimatını məhz Gülər Məmmədovanın rəhbərliyi və davamlı koordinasiyası ilə əlaqələndirmiş, bu əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirmişdir.
Tədbirdə Akademiyanın rektoru Natiq Əliyev, prorektorlar və müəllim heyəti də iştirak etmişdir.
Ümumilikdə 17 tələbə tərəfindən 11 layihə təqdim olunmuşdur. Nəticələrə əsasən I yerə Məmmədova Seyidfatimə Natiq və Ağaməmmədova Mədinə Bəxtiyar, II yerə Quliyeva Emiliya Mustafa və Məmmədova Sabirə Zaur, III yerə isə Əlizadə Gülər Elxan və Əliyeva Türkan Şirzadovna layiq görülmüşdür.
Müsabiqə tələbələrin ekoloji problemlərə yaradıcı yanaşma bacarıqlarını və urbanistikanın gələcəyinə dair innovativ baxışlarını nümayiş etdirməklə yanaşı, beynəlxalq platformada Azərbaycan memarlıq təhsilinin potensialını da uğurla təqdim etmişdir.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

