Azərbaycanın enerji diplomatiyası: şaxələndirmə strategiyası və qlobal tərəfdaşlıq reallıqları
05.03.2026 [18:40]
İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında etdiyi çıxışında Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini bir daha aydın şəkildə ortaya qoydu. Qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma təkcə iqtisadi maraqlardan deyil, həm də qlobal enerji təhlükəsizliyinə verilən töhfədən irəli gəlir.
Cənub Qaz Dəhlizi artıq Avropanın enerji xəritəsində mühüm yer tutur. Azərbaycanın təşəbbüsü ilə reallaşan bu nəhəng layihə enerji resurslarının təhlükəsiz, dayanıqlı və alternativ marşrutlarla dünya bazarına çıxarılmasını təmin edir. Cənab Prezident çıxışında qeyd etdi ki, dəyişkən geosiyasi şəraitdə etibarlı tərəfdaş imicinin qorunması və yeni bazarların açılması üçün şaxələndirmə siyasəti vacib şərtdir. Bu baxımdan, Azərbaycan həm hasilat, həm nəql, həm də ixrac istiqamətlərində balanslaşdırılmış və çoxşaxəli strategiya yürüdür.
Eyni zamanda, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində aparılan müzakirələr ölkəmizin enerji siyasətində yeni mərhələnin başlandığını göstərir. Ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji” zonalarının yaradılması və ixrac imkanlarının araşdırılması Azərbaycanın uzunmüddətli strateji baxışının tərkib hissəsidir. Bu isə ölkənin həm regionda, həm də beynəlxalq miqyasda enerji keçidinə töhfə verən aktor kimi rolunu gücləndirir.
Prezident İlham Əliyev çıxışında beynəlxalq tərəfdaşlıq məsələsinə də xüsusi diqqət ayırdı. O bildirdi ki, dünyanın ən qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaş kimi çıxış etməsi Azərbaycanın planlarının gerçəkləşməsini tamamilə real edir. Bu fikir təsdiq edir ki, enerji layihələri təkcə iqtisadi deyil, həm də siyasi və diplomatik dəstək tələb edir. ABŞ-la əməkdaşlıq enerji təhlükəsizliyi, investisiya imkanları və texnoloji inkişaf baxımından mühüm perspektivlər açır.
Beləliklə, Bakıda keçirilən bu mötəbər iclaslar Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərini bir daha nümayiş etdirdi: qaz təchizatının şaxələndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yaşıl enerjiyə keçidin sürətləndirilməsi. Bu strategiya ölkəmizin qlobal enerji bazarında mövqeyini daha da möhkəmləndirir və Azərbaycanın etibarlı tərəfdaş kimi rolunu gücləndirir. Enerji diplomatiyasında atılan bu addımlar həm milli maraqlara xidmət edir, həm də regional və qlobal sabitliyə töhfə verir.
Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxElm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53

