Azərbaycan qadınları milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayırlar
05.03.2026 [15:39]
Azərbaycan qadını tarix boyu cəmiyyətin inkişafında mühüm rol oynayıb, dövlətçilik ənənələrinin formalaşmasına və Vətənin müdafiəsinə öz töhfəsini verib. Qədim dövrlərdən bu günə qədər Azərbaycan qadınları həm ictimai-siyasi həyatın müxtəlif sahələrində, həm də mənəvi dəyərlərin qorunmasında fəal iştirak ediblər. Xalqımızın ən qədim yazılı abidələrindən biri olan “Kitabi-Dədə Qorqud” dastanında qadın obrazlarının igidliyi və mübariz ruhu xüsusi vurğulanır. Tariximizdə iz qoymuş Tomris, Sara Xatun, Möminə Xatun, Nüşabə, Nigar, Həcər və Tutu Bikə kimi qadınların fəaliyyəti Azərbaycan qadınının liderlik və qəhrəmanlıq ənənələrinin qədim köklərə malik olduğunu göstərir. Bu ənənə sonrakı dövrlərdə də davam edib. Xüsusilə Şərqdə ilk demokratik respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququnun verilməsi ölkəmizin demokratik inkişafının mühüm göstəricilərindən biri idi. Bu addım Azərbaycan qadınlarının ictimai-siyasi həyatda daha fəal iştirakına geniş imkan yaratdı və onların cəmiyyətin inkişafına töhfəsini artırdı.
Azərbaycan qadınları milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayırlar. Onlar əsrlər boyu formalaşmış ənənələrə sadiq qalaraq ana dilinin, mədəniyyətin və mənəviyyatın qorunmasına xidmət ediblər. Müasir Azərbaycan qadını yüksək intellekti, zəngin mənəvi dünyası və fəal vətəndaş mövqeyi ilə cəmiyyətə dəyərli töhfələr verməyə davam edir. Tarixin müxtəlif dövrlərində ölkəmizin görkəmli qadın şəxsiyyətləri öz iradəsi və müdrikliyi ilə yadda qalıb, bu ənənə bu gün də davam etdirilir. Müstəqil Azərbaycanın hüquqi sistemi qadın və kişi bərabərliyini təmin edən mühüm mexanizmlər yaradıb. Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşın hüquq və azadlıqlarının bərabərliyini təmin edir və cinsindən asılı olmayaraq hər kəsin eyni hüquqlara malik olduğunu təsbit edir. Bu hüquqi baza ölkədə gender bərabərliyinin möhkəmlənməsinə və qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaradır.
1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycanın Pekin Bəyannaməsi və Fəaliyyət Platformasına qoşulması qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm addımlardan biri oldu. Bu sənəd qadınların siyasi, iqtisadi və sosial sahələrdə rolunun artırılmasını, onların inkişaf proseslərində daha fəal iştirakını nəzərdə tutur. Qadın hüquqlarının qorunması və onların cəmiyyət həyatında rolunun artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 1998-ci ildə keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı bu sahədə mühüm mərhələ oldu. Həmin vaxtdan etibarən qadınların qurultayları mütəmadi olaraq təşkil edilir və bu tədbirlər qadın siyasətinin inkişafına xidmət edir.
Azərbaycanda qadın siyasətinin sistemli şəkildə formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər qadınların cəmiyyət həyatında rolunun artırılmasına xüsusi diqqət yetirərək onların dövlət idarəçiliyində və müxtəlif sahələrdə fəaliyyətini dəstəkləmişdir. Bu siyasət nəticəsində Azərbaycan qadınları dövlət quruculuğu prosesində fəal iştirak etməyə başlamış, ölkənin sosial-iqtisadi və mədəni inkişafına mühüm töhfələr vermişlər. Müasir dövrdə bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət səviyyəsində həyata keçirilən tədbirlər qadınların ictimai-siyasi həyatda rolunun artmasına, onların müxtəlif sahələrdə geniş təmsil olunmasına şərait yaradır. Bu gün Azərbaycan qadınları parlamentdə, dövlət qurumlarında, elmi və mədəni sahələrdə, eləcə də idman və biznes sahəsində mühüm nailiyyətlər əldə edirlər. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti isə ölkədə və beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunun yüksəlməsinə mühüm töhfə verir. Heydər Əliyev Fondunun prezidenti kimi həyata keçirdiyi humanitar və mədəni layihələr Azərbaycanın mədəni diplomatiyasının güclənməsinə xidmət edir. Onun təşəbbüsü ilə həyata keçirilən sosial və xeyriyyə layihələri təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif ölkələrində də böyük rəğbətlə qarşılanır.
Azərbaycan qadınları yalnız ictimai və humanitar sahələrdə deyil, həm də ordu quruculuğunda fəal iştirak edirlər. Bu gün yüzlərlə qadın Azərbaycan Ordusunun müxtəlif strukturlarında xidmət edir, hərbi təhsil müəssisələrində və tibb sahəsində çalışaraq Vətənə xidmət göstərirlər. Bununla yanaşı, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində çalışan qadınların fəaliyyəti də ölkənin inkişafına mühüm töhfə verir. Bu gün Azərbaycan qadınları ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edərək dövlətin inkişafına öz töhfələrini verməyə davam edirlər. Tarixdən gələn zəngin ənənələrə söykənən Azərbaycan qadını həm milli dəyərlərin qorunmasında, həm də müasir inkişaf proseslərində mühüm rol oynayaraq cəmiyyətin tərəqqisinə xidmət edir.
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

