Siyasi dialoqa və strateji tərəfdaşlığa xidmət edən səfər
13.03.2026 [15:31]
2026-cı il martın 11-də Avropa Komissiyasının sədri Antonio Koşta-nın Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Aliyev ilə görüşü baş tutmuşdur. Görüşdən sonra keçirilən birgə bəyanat zamanı Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri və enerji sahəsində tərəfdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür.
Cənab Prezident çıxışı zamanı qeyd etmişdir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə dinamik şəkildə inkişaf edir və qarşılıqlı hörmət, etimad və bərabər tərəfdaşlıq prinsiplərinə əsaslanır. O, vurğulamışdır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkələrdən biridir. Xüsusilə, təbii qazın Avropa bazarına nəqlində Azərbaycanın strateji əhəmiyyəti artmaqdadır. Bu baxımdan enerji sahəsində həyata keçirilən layihələr Avropa ilə Azərbaycan arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri hesab olunur.
Dövlət başçısı həmçinin vurğulamışdır ki, Azərbaycan regionda sülh və sabitliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Cənab İlham Əliyev bildirmişdir ki, regionda uzunmüddətli sülhün təmin edilməsi üçün beynəlxalq hüququn prinsiplərinə hörmət göstərilməsi vacibdir. O qeyd etmişdir ki, Azərbaycan qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və yeni əməkdaşlıq imkanlarının yaradılması istiqamətində konstruktiv mövqe nümayiş etdirir.
Bəyanat zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti də vurğulanmışdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməkdədir. Bu baxımdan Orta Dəhliz kimi tanınan beynəlxalq nəqliyyat marşrutunun inkişafı Avropa ilə region ölkələri arasında ticarət və iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfə verir.
Görüş zamanı tərəflər həmçinin enerji təhlükəsizliyi, yaşıl enerji layihələri, iqtisadi əməkdaşlıq və regional sabitlik kimi məsələlər ətrafında fikir mübadiləsi aparmışlar. Möhtərəm Prezident vurğulamışdır ki, Azərbaycan bərpa olunan enerji sahəsində də Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməyə hazırdır. Bu istiqamətdə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi Azərbaycanın enerji strategiyasının vacib tərkib hissəsinə çevrilmişdir.
Sonda cənab Prezident bildirmişdir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıq gələcəkdə daha da inkişaf edəcək və bu münasibətlər həm regionun sabitliyinə, həm də iqtisadi tərəqqisinə mühüm töhfə verəcəkdir. Antonio Koştanın Azərbaycana səfəri isə tərəflər arasında siyasi dialoqun və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edən mühüm hadisə kimi qiymətləndirilmişdir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının Sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

