Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanda ÜDM-in həcmi 1,4 faiz artıb

Azərbaycanda ÜDM-in həcmi 1,4 faiz artıb

13.03.2026 [12:20]

Hesabat ilində ölkədə ÜDM-in real həcmi əvvəlki illə müqayisədə 1,4 faiz artaraq 129,1 milyard manat olub.

AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Baş nazir, həmçinin bildirib ki, qeyri-neft sektoru isə real ifadədə 2,7 faiz artaraq 92,3 milyard manata çatıb. İqtisadiyyatda ümumi əlavə dəyərin 72 faizi məhz qeyri-neft sektorunda yaranıb. Qeyri-neft-qaz sənayesində 5,5 faiz artım olub. Neft-qaz sektorunda 1,6 faiz azalma olub. Neft hasilatının azalması fonunda ümumi iqtisadi artımın qorunması məhz qeyri-neft sektorunun genişlənməsi hesabına mümkün olub. Xarici ticarətdə 6,4 milyard dollarlıq müsbət saldo və qeyri-neft ixracının 8 faizdən çox artaraq 3,6 milyard dolları üstələməsi ixrac potensialımızın genişləndiyini və beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini göstərir.

Paylaş:
Baxılıb: 324 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31