Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kaxa Kaladze: Dövlətə qarşı düşmənçilik edənlər çox sərt cavab alacaqlar

Kaxa Kaladze: Dövlətə qarşı düşmənçilik edənlər çox sərt cavab alacaqlar

20.04.2026 [16:28]

Gürcüstanda dövlət çevrilişlərinə cəhd edən bütün siyasi partiyalar konstitusiyanı pozurlar. Onlar digər ölkələrin maraqlarına xidmət edirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisinin meri Kaxa Kaladze Konstitusiyaya partiyaların qadağan edilməsinə dair dəyişikliklərlə bağlı iddialara münasibət bildirərkən söyləyib.

“Hamımız bilirik ki, dövlət çevrilişləri təşkil etməklə, Gürcüstan Konstitusiyasını pozmaqla, digər ölkələrin nümayəndələrinə xidmət etməklə məşğul olan bütün siyasi partiyalar agent fəaliyyəti göstərirlər. Bu, illərdir davam edir. Bu qrupların, bu xainlərin yaradılmasına yüz milyonlarla pul xərclənib. Hamımız kimin haradan maliyyələşdirildiyini, onların himayədarlarının kim olduğunu və əsas məqsədinin nə olduğunu çox yaxşı bilirik. Dövət buna həmişə müvafiq reaksiya göstərəcək”, - deyə Kaxa Kaladze bildirib.

Gürcüstanda növbəti inqilabi ssenarilərin planlaşdırılması ilə bağlı suala cavab verən Kaladze deyib: "Ölkənin düşmənləri dayanmır. Onlar qütbləşməni dərinləşdirməyə, insanları bir-birinə qarşı qoymağa çalışırlar, amma qanunu pozan hər kəs dərhal və çox sərt cavab alacaq”.

Paylaş:
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30