Azərbaycan Çexiyanın etibarlı enerji tərəfdaşıdır
28.04.2026 [12:12]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Birmənalı şəkildə qeyd etməliyik ki, Çexiyanın Baş nazirinin Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, aprel ayının arxada qalan dövrü Azərbaycan üçün yüksəksəviyyəli diplomatik təmaslar və dövlət başçılarının səfərləri baxımından olduqca intensiv və faydalı keçdi, deyə bilərik.
Öncə Latviya Prezidentinin, daha sonra Ukrayna Prezidentinin, hazırda isə Çexiyanın Baş nazirinin Azərbaycana səfəri gerçəkləşdi. Fikrimcə, hər üç səfər Azərbaycanın milli maraqlarının gələcək təminatında müstəsna rola malik olacaq.
Çexiyanın hökumət başçısını ölkəmizə gətirən əsas amillərdən birincisi, heç şübhəsiz ki, Azərbaycanın etibarlı tərəfdaş kimi bütün dünyada nüfuz qazanmasıdır.
Ən əsası, Prezident İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlər Bakı-Praqa münasibətlərində iqtisadi komponentin getdikcə daha ön plana çıxdığını göstərir.
Siyasi dialoqun fəallaşması fonunda tərəflər artıq əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə daha şaxələndirilmiş və dayanıqlı iqtisadi tərəfdaşlıq modelinə keçidi hədəfləyirlər. Mövcud rəqəmlər əməkdaşlığın dinamikasını aydın göstərir.
Ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması müsbət tendensiyadır. Lakin bu göstəricinin strukturunda Azərbaycan neftinin dominant mövqeyi qalmaqdadır. Bu isə münasibətlərin iqtisadi baxımdan dərinləşdirilməsi üçün diversifikasiya zərurətini gündəmə gətirir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, əsas məqsəd ticarət dövriyyəsinin yalnız həcmini deyil, struktur keyfiyyətini də yaxşılaşdırmaqdır.
Çexiyanın öz enerji balansında diversifikasiyaya getməsi və Azərbaycanı əsas tərəfdaş seçməsi, Avropa İttifaqının enerji siyasətində Bakının rolunun artdığını göstərir. Eyni zamanda, bu sadəcə enerji satışı deyil, uzunmüddətli təchizat zəmanəti deməkdir.
Praqa tərəfi, yəni Çexiyanın milli enerji operatoru ÇES uzunmüddətli qaz tədarükü müqaviləsi imzalamaqda maraqlıdır. Bu isə Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu bir daha sübut edir.
Digər tərəfdən, hazırda Avropanın enerji təhlükəsizliyi baxımından iki qaz təchizatçısından asılılıq risklidir. Bu kontekstdə Azərbaycan alternativ və etibarlı tərəfdaş kimi mühüm rol oynayır. Bu gün Azərbaycan qazı ümumilikdə 16 ölkəyə ixrac edilir və onlardan 10-u Avropa İttifaqı üzvüdür.
Eyni zamanda, Azərbaycanın qaz ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində digər Avropa ölkələri ilə də aktiv danışıqlar davam etdirilir.
Azərbaycan və Çexiya arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq imkanları mövcuddur. Birgə müəssisələrin yaradılması və istehsal layihələri üzrə konkret danışıqlar aparılır.
Çexiya Baş nazirinin səfəri çərçivəsində bu məsələlərin daha da dəqiqləşdirilməsinə və yeni razılaşmaların əldə olunmasına təkan verə bilər.
Çexiyadan Azərbaycana səfər edən nümayəndə heyətində 50-yə yaxın şirkətin təmsil olunması iqtisadi əlaqələrin daha da dərinləşəcəyinə və genişlənəcəyinə işarədir. Azərbaycan və Çexiya liderlərinin bundan əvvəl Davos İqtisadi Forumu çərçivəsində də təmasları reallaşıb.
Bu görüşlər yalnız iqtisadi deyil, həm də siyasi sahədə əməkdaşlığın koordinasiyasını gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Bütün bu amillər Azərbaycan ilə Çexiya arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyini və strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyacağını göstərir.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

