Xocavənddə Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib
28.04.2026 [12:26]
YAP Xocavənd rayon təşkilatı, Xocavən Rayon İcra Hakimiyyəti və “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Xocavənd rayon Mədəniyyət evində baş tutan tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, “Xocavənd RMX”sı publik hüquqi şəxsin rəhbərliyi və kollektivi, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, eləcə də Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Xocavənd rayon Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, Zərifə xanım zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına dəyərli töhfələr verib. Akademikin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. E. Hüseynov Görkəmli alim Zərifə Əliyevanın daim xatirələrdə yaşayacağını bildirib.
YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov akademik Zərifə xanım Əliyevanın keçdiyi zəngin həyat yolundan ətraflı bəhs edib, Azərbaycan tibb elminin inkişafına verdiyi töhfədən danışıb. Həmçinin, Zərifə xanımın görkəmli oftalmoloq-alim olmaqla yanaşı, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən ziyalı şəxsiyyət olduğunu, onun elmi və mənəvi irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə həmçinin “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Yaşar Əhmədov və digər çıxış edənlər Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərindən, gənc həkimlər üçün örnək məktəb olmasından, onun peşəkar yanaşması ilə yanaşı, insanlara olan yüksək diqqət və qayğısından danışıblar.
Tədbirin sonunda Beyləqan rayon Xaçınabad kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdlərinin təqdimatında Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

