Bizim qarşımızda çox gözəl perspektivlər açılır
28.04.2026 [17:04]
Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Bu gün Azərbaycan və Ukrayna təkcə dost deyil, həm də mühüm strateji tərəfdaşdırlar. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənədin imzalanması iki ölkə arasında münasibətlərin inkişafında əhəmiyyətli rol oynayıb. Dövlətimizin başçısı İlham Əliyevin aprelin 25-də ölkəmizdə işgüzar səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə Qəbələdə keçirilən təkbətək və geniş tərkibdə görüşlərində iki ölkənin əlaqələrinin dünəni, bu günü və gələcəyi geniş müzakirə edildi. “Bizim Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ancaq mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır” deyən cənab İlham Əliyev bildirdi ki, əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparıldı. Bir sözlə, bu gün Azərbaycan və Ukrayna bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edir.
Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, energetika sahəsində əməkdaşlığa da xüsusi önəm verildi. Prezident İlham Əliyev qeyd etdi ki, burada həm əldə edilmiş nailiyyətlər var, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Növbəti illərdə bu rəqəm daha da artacaq. Çünki buna da böyük imkanlar var.
Azərbaycan-Ukrayna əlaqələri bu günə qədər formalaşmış qarşılıqlı etibar, hörmət və strateji dostluq münasibətlərini daha da inkişaf etdirməyi hədəfləyir. Azərbaycan-Ukrayna əlaqələri ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər.
Son dövrlərdə Azərbaycana müxtəlif dövlət və hökumət başçılarının intensiv səfərləri ölkənin geosiyasi və geoiqtisadi əhəmiyyətinin artdığını aydın şəkildə nümayiş etdirir. Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi səfəri də bunun bunun bariz nümunələrindəndir. Bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndiyini göstərən mühüm amildir. Aprelin 27-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babiş ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Çexiya Baş nazirinin səfərini müşayiət edən geniş biznes heyəti bu səfərin əsas prioritetlərindən birinin iqtisadi əməkdaşlıq olduğunu nümayiş etdirdi. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə keçirilən biznes-forum iki ölkənin iş adamlarını bir araya gətirərək yeni investisiya və ticarət imkanlarının açılmasına şərait yaratdı. Bu isə münasibətlərin yalnız siyasi deyil, iqtisadi müstəvidə də dərinləşdiyini göstərir. Prezident İlham Əliyev bildirdi ki, bu gün Çexiya və Azərbaycan liderləri özlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər: ikitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. Bu gün yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni təşkil edir. Bu məqam da xüsusi vurğulandı ki, ikitərəfli əməkdaşlığın perspektivlərinə gəldikdə, biz Avropa İttifaqından ilk kənar ölkəyə - Azərbaycana səfər etdiyinə görə Baş nazir Andrey Babişə çox minnətdarıq. Biz bunu dostluq, hörmət əlaməti kimi görürük və bu, həmçinin göstərir ki, həqiqətən hər iki ölkənin bir-birinə ehtiyacı var. Biz Azərbaycandan ardı kəsilməyən neft təchizatı ilə enerji sahəsində artıq yaxşı tərəfdaşlıq qurmuşuq. Bu gün biz təbii qaz sahəsində əməkdaşlığın başlanılması imkanlarını geniş şəkildə müzakirə etdik. Neft, qaz, neftayırma məhsulları, neft-kimya, gübrələr, elektrik enerji, süni zəka, məlumat mərkəzləri böyük potensial əsasında ikitərəfli qaydada hər iki ölkənin fəal işlədiyi bütün digər sahələri əhatə edəcək strateji əməkdaşlığın qurulması məqsədilə həmin məsələlərə geniş perspektivdən nəzər saldıq.
Cənab İlham Əliyev Çex Respublikasının Baş naziri Andrey Babiş ilə mətbuata bəyanatında iki ölkənin ayrı-ayrı sahələrdə mövcud imkanlarından geniş bəhs edərək bildirdi ki, Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxAnalitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58

