Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Livanda hava və artilleriya hücumları nəticəsində ölənlərin sayı 3324 nəfərə çatıb

Livanda hava və artilleriya hücumları nəticəsində ölənlərin sayı 3324 nəfərə çatıb

29.05.2026 [12:31]

Son 24 saat ərzində İsrailin Livanın cənub və şərq bölgələrinə endirdiyi hava və artilleriya zərbələri nəticəsində 55 nəfər həlak olub, 187 nəfər isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 2-də hərbi eskalasiyanın başlanmasından bəri həlak olanların ümumi sayı 3324, yaralıların sayı isə 10027 nəfərə çatıb.

Qeyd olunub ki, 6 maydan bəri ilk dəfə Şueyfətin cənub bölgəsinə PUA zərbəsi endirilib, nəticədə bir qadın və iki uşaq həyatını itirib.

Cümə axşamı günortadan sonra isə Ayta əl-Cəbəl, Bəraşit, Deyr Əmes, Deyr Qanun, Dibbin, Kfar Dunin, Teyr Dibba və Yater kəndləri ağır bombardmanlara məruz qalıb. İsrail komandanlığı tərəfindən sakinlərə hava hücumları barədə əvvəldən xəbərdarlıq edilsə də, heç də hamı evlərindən qaçmayıb. Bir neçə yerdə xilasedicilər ölüləri və yaralıları dağıdılmış binaların altından çıxarıblar.

Nəbatiyyədə isə yerli mülki müdafiə heyəti şəhərdən 133 ailəni təxliyə edib. Onlar ölkənin şimalına köçürülüblər.

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31