Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı baş tutacaq

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı baş tutacaq

28.05.2026 [18:32]

İyunun 2-də Gürcüstanda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Axalkalaki dəmir yolu stansiyasında keçiriləcək mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən etibarən test rejimində fəaliyyət göstərsə də, layihənin rəsmi istifadəyə verilməsi yalnız indi baş tutacaq. Magistralın ümumi uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon dollar kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib ki, 2023-cü ilin may ayından 2024-cü ilin may ayınadək Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi üzrə işlər həyata keçirilib və layihə uğurla yekunlaşdırılıb. Aparılan yenidənqurma işləri nəticəsində BTQ xəttinin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Paylaş:
Baxılıb: 505 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30