Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qazaxıstan NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verib

Qazaxıstan NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verib

29.05.2026 [08:51]

Qazaxıstan qabaqcıl NVIDIA texnologiyalarına əsaslanan iki superkompüteri istifadəyə verən regionun ilk ölkəsi olub.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bunu 5-ci Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, 2026-cı il Qazaxıstanda “Süni İntellekt və Rəqəmsal İnkişaf İli” elan edilib. Ölkədə Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi, eləcə də aparıcı yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə Süni İntellekt İnkişaf Şurası yaradılıb.

“Qazaxıstan dövlət idarəetmə sistemlərində və iqtisadiyyatın real sektorlarında “ağıllı” platformaları kifayət qədər uğurla tətbiq edir. Qazaxıstanın yeni Konstitusiyası ilk dəfə olaraq şəxsi məlumatların qorunması hüququnu təsbit edib”, - deyə dövlət başçısı bildirib.

Paylaş:
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31