/ / YAP Ağstafa rayon təşkilatı tərəfindən 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib
YAP Ağstafa rayon təşkilatı tərəfindən 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib
23.06.2026 [17:38]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Ağstafa şəhər Təhsil işçiləri”, “Dəmiryolu işçiləri”, “Ağstafa DAİM” və “Yol İstismar idarəsi” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk öncə partiyamızın qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, ölkələrin taleyi onun ordusundan asılıdır. Çünki ordu dövlətin özəyi, dayağı, bütövlüyünün və müstəqilliyinin əsas təminatçısı, təhlükəsizliyinin etibarlı keşikçisidir. Güclü ordu olmadan uğurlu iqtisadiyyat da olmaz. Məhz güclü və nizamlı silahlı qüvvələrinin olduğu şəraitdə dövlət milli iqtisadi inkişafa və ümummilli rifaha nail ola bilər. Azərbaycan Ordusunun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Daha sonra çıxış edən natiqlər – Ağstafa şəhər 3 №-li tam orta ümumtəhsil məktəbin direktor müavini Şəfəq Heydərli, “Dəmiryolu işçiləri” Ərazi Partiya Təşkilatının sədri Bəhruz Süleymanov, sədr müavini Ramin Kazımov, “Ağstafa DAİM” Ərazi Partiya Təşkilatının sədr müavini Şəfayət Bağırov və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildiriblər ki, tarixi Zəfərimiz Azərbaycan dövlətinin ordu quruculuğu istiqamətində atdığı addımların, xalqımızın birliyinin, həmrəyliyinin, torpaq, Vətən sevgimizin təqdimatı oldu. Bu gün başımız uca, alnımız açıqdır. Hər il 26 iyun tarixində Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Bu əlamətdar gün Azərbaycan Ordusunun yaranma tarixini özündə əks etdirməklə yanaşı, dövlətimizin müdafiə qüdrətinin, müstəqilliyinin və suverenliyinin rəmzi kimi böyük əhəmiyyət daşıyır. Güclü ordu güclü dövlətin əsas dayaqlarından biridir və Azərbaycan Ordusu bu gün də ölkəmizin etibarlı müdafiə qalası olaraq öz şərəfli missiyasını layiqincə yerinə yetirir.
Xəbər lenti
Hamısına baxMüsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01

