Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İsveçdə suda boğulan uşaqların sayı artır

İsveçdə suda boğulan uşaqların sayı artır

14.07.2026 [18:26]

İsveçdə suda baş verən qəzalardan sonra tibbi yardıma ehtiyacı olan azyaşlı uşaqların sayı artmaqdadır. Ən yüksək riskli dövr isə iyul ayıdır. Bu ayda əksər isveçlilər göllər, çaylar və dəniz sahillərində istirahət edirlər.

AZƏRTAC xəbər verir ki, vəziyyətin səbəblərini araşdırmaq və effektiv profilaktik tədbirlər hazırlamaq məqsədilə Karolina İnstitutunda yeni Batma Araşdırma Mərkəzi yaradılıb. Mərkəzin mütəxəssisləri uşaqların ölümü və ya xəsarət alması ilə nəticələnən hər bir hadisəni təhlil edərək faciələrə səbəb olan amilləri və onların qarşısının alınması yollarını araşdıracaqlar.

Mərkəzin rəhbəri Andreas Klasson bildirib ki, boğulma nəticəsində ölüm hallarının sayı 1960-cı illərdən etibarən əhəmiyyətli dərəcədə azalsa da, son illərdə bu müsbət tendensiya dayanıb və faciəli hadisələrin sayı yenidən artmağa başlayıb. Statistik məlumatlarda İsveçdən kənarda doğulan kişilər və oğlanlar arasında riskin daha yüksək olduğu görünür, lakin bunun səbəbləri hələ tam müəyyən edilməyib.

Ekspertlər xatırladırlar ki, uşaqlar suda çox qısa müddətdə və demək olar ki, səssiz şəkildə boğula bilərlər. Buna görə də böyüklər yaxşı üzə bilməyən uşaqların yanında daim nəzarətdə olmalı və diqqəti mobil telefon kimi vasitələrlə yayındırmamalıdırlar.

Mütəxəssislər uşaqlara erkən yaşlardan üzməyi öyrətməyin vacibliyini də vurğulayırlar. Fövqəladə vəziyyət zamanı dərhal təcili tibbi yardım çağırılmalı və ürək-ağciyər reanimasiyasına başlanılmalıdır. Çünki ilk dəqiqələr çox vaxt hadisənin nəticəsini müəyyən edir.

Paylaş:
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Turizm

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31