Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti Emmanuel Makrona təbrik ünvanlayıb

Azərbaycan Prezidenti Emmanuel Makrona təbrik ünvanlayıb

14.07.2026 [11:06]

Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makrona təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Fransa Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza təbriklərimi çatdırıram.

Sizinlə son telefon danışıqlarımız və keçən il Kopenhagendə görüşümüz zamanı Azərbaycan-Fransa gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrimizin bugünkü vəziyyəti və gələcək perspektivlərinə dair apardığımız səmərəli müzakirələr dövlətlərarası münasibətlərimizin tarixində yeni dövrün başladığını söyləməyə əsas verir.

İnanıram ki, xalqlarımızın mənafeləri naminə dərin tarixi köklərə və zəngin ənənələrə malik münasibətlərimizin iqtisadi, mədəni, təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişafı üçün birgə səylərimizi bundan sonra da tərəfdaşlıq ruhunda davam etdirəcəyik.

Bu bayram günündə Fransa xalqına əmin-amanlıq və rifah arzulayıram”.

Paylaş:
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Turizm

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31