Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Endi Börnhem Britaniyanın yeni nüvə sualtı qayıqlarına 8,4 milyard funt sterlinq ayıracaq

Endi Börnhem Britaniyanın yeni nüvə sualtı qayıqlarına 8,4 milyard funt sterlinq ayıracaq

30.07.2026 [21:15]

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkənin yeni nəsil “Dreadnought” sinifli nüvə sualtı qayıqlarının inşası üçün 8,4 milyard funt sterlinq həcmində investisiya ayrılacağını elan edib.

AZƏRTAC xəbər verir ki, nüvə silahı daşımaq qabiliyyətinə malik olan bu sualtı qayıqlar hazırda istismarda olan “Vanguard” sinifli qayıqları əvəz edəcək və “Trident II D5” ballistik raketlərini buraxa biləcək.

Hökumətin məlumatına görə, investisiya Böyük Britaniyanın təhlükəsizliyinin gücləndirilməsinə xidmət etməklə yanaşı, ölkə üzrə 47 min yeni iş yeri və şagirdlik proqramı yaradacaq. Vəsaitin 5,9 milyard funt sterlinqi “BAE Systems” şirkətinə, 2,5 milyard funt sterlinqi isə müdafiə sənayesinin digər təchizat zəncirinə ayrılacaq.

Bu təşəbbüs hökumətin Böyük Britaniyada sənayenin yenidən inkişaf etdirilməsi və gənclər arasında işsizliyin azaldılması istiqamətində planlarının bir hissəsi kimi təqdim olunur. Eyni zamanda, ölkədə müdafiə xərclərinin artırılması ilə bağlı müzakirələr də davam edir.

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31