/ / Bioadaptasiya laboratoriyasında buğdanın stresə davamlılığının öyrənilməsi istiqamətində mühüm tədqiqatlar aparılır
Bioadaptasiya laboratoriyasında buğdanın stresə davamlılığının öyrənilməsi istiqamətində mühüm tədqiqatlar aparılır
04.08.2026 [17:10]
Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun Bioadaptasiya laboratoriyasında buğdanın genetik xüsusiyyətlərinin və stres amillərinə davamlılığının öyrənilməsi istiqamətində aktual elmi araşdırmalar həyata keçirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, laboratoriyanın əsas tədqiqat istiqamətlərindən biri bütöv genom üzrə assosiasiya tədqiqatlarıdır (GWAS). Tədqiqatlara 188 buğda genotipindən ibarət geniş panel cəlb edilib. Bu panelə yerli sortlarla yanaşı, müxtəlif seleksiya xətləri və xarici ölkələrdən introduksiya olunmuş genotiplər də daxildir. Genotiplər 25 min tək nukleotid polimorfizminə əsaslanan 25K Array texnologiyası ilə analiz edilib.
Araşdırmalar çərçivəsində həmin genotiplər Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Bazasında əkilərək rəqəmsal fenotipləmə üsulu ilə qiymətləndirilib. Bu müasir metod bitkilərin fizioloji vəziyyətini qorumaqla onların inkişaf proseslərini qeyri-invaziv şəkildə izləməyə imkan verir.
Genotipləmə və rəqəmsal fenotipləmə nəticələri bioinformatik analizlər vasitəsilə birgə qiymətləndirilib və müxtəlif əlamətlərlə əlaqəli genom bölgələri müəyyən edilib. Tədqiqatın nəticələri əsasında iki elmi məqalə hazırlanaraq nəşrə təqdim olunub. Digər mühüm istiqamət isə bütöv transkriptom səviyyəsində aparılan tədqiqatlardır. Bu araşdırmalarda stresə davamlılıq xüsusiyyətlərinə görə seçilmiş beş buğda genotipi öyrənilir. Onlardan ikisi yüksək davamlı, ikisi həssas, biri isə orta davamlı genotipdir.
Tədqiqat zamanı bitkilər quraqlıq, istilik və duz streslərinə məruz qoyularaq gen ifadəsində baş verən dəyişikliklər araşdırılır. Hazırda bu istiqamətdə analizlər davam etdirilir.
Bu elmi işlər Almaniyanın Bonn və Osnabrük universitetlərinin alimləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Əməkdaşlığın inkişafı məqsədilə institut ilə həmin universitetlər arasında anlaşma memorandumları da imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36

