Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Hesablama Palatasında kollegiya iclası olub

Hesablama Palatasında kollegiya iclası olub

28.08.2026 [22:43]

Azərbaycan Respublikası Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, kollegiya iclasında auditor Vəfa Mütəllimova tərəfindən təqdim edilən “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətinin auditinin nəticələrinə dair auditor hesabatı” müzakirə olunub. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.

Çıxış edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri və Elm və Təhsil Nazirliyinin şöbə müdiri auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd ediblər.

Daha sonra auditor Hafiz İsmayılbəyli tərəfindən təqdim edilən “Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyəti və tabeli qurumları tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakından istifadəsinin auditinin nəticələrinə dair auditor hesabatı” müzakirə olunub.

Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.

İclasın sonunda gündəlikdə nəzərdə tutulan digər cari məsələlərə də baxılıb.

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31