Sahib Məmmədov: Aleksandr Düma Xurşidbanu Natəvanın möhtəşəm analitik zəkasına heyran qalıb
11.08.2026 [16:32]
AZƏRTAC Xurşidbanu Natəvan yaradıcılığı ilə bağlı incəsənət xadimləri ilə silsilə müsahibələri davam etdirir. Növbəti həmsöhbətimiz Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının, Şimali Amerika Yazıçılar Birliyinin, Beynəlxalq Yazıçılar İttifaqının üzvü, çoxsaylı nüfuzlu ədəbi mükafatların, fəxri adların və təltiflərin sahibi, çoxsaylı beynəlxalq poeziya müsabiqələrinin laureatı, şair Sahib Məmmədovdur. O, Natəvan şəxsiyyətinin Azərbaycan mədəniyyəti üçün əhəmiyyətindən danışıb.
“Yəqin ki, məhz Natəvanın şəxsiyyəti mədəniyyətin nə qədər böyük gücə malik ola biləcəyini ən yaxşı şəkildə göstərir. O, yalnız görkəmli şairə deyil, həm də ətrafında Qarabağın intellektual şəxslərinin formalaşdığı bir insan idi. Onun yaratdığı “Məclisi-Üns” ədəbi məclisi şairlər, musiqiçilər və mütəfəkkirlər üçün əsl cəlbedici mərkəzə çevrilmişdi. Əslində, bu, bütöv bir regionun mədəni həyatının yarandığı məkan idi”, – deyə şair qeyd edib.
Sahib Məmmədovun sözlərinə görə, Natəvanın Şuşadakı evində olmaq onun üçün xüsusilə dəyərli bir xatirədir.
“2022-ci ilin sentyabrında orada Azərbaycan Mədəniyyət Nazirliyinin “Natəvanın poeziya günləri” tədbirində iştirak etdim. Bunu sözlərlə ifadə etmək çətindir. Təxminən bir əsr yarım əvvəl böyük zəka sahiblərinin toplaşdığı məkanda dayananda canlı tarixə toxunduğunu hiss edirsən. Sanki dövrlər arasındakı məsafə yox olur və sən ənənənin bir hissəsinə çevrilirsən. Belə məqamlarda anlayırsan ki, mədəniyyət nəsilləri bir-birinə bağlayan vasitədir.
Eyni zamanda, bu səfər məndə çox ağır təəssürat yaratdı. Uzun illər davam edən işğaldan sonra sarayın əvvəlki möhtəşəmliyindən yalnız yarıuçuq divarlar qalmışdı. Vaxtilə şeirlərin səsləndiyi həyəti alaq otları basmışdı – sanki təbiətin özü insan unutqanlığının izlərini gizlətməyə çalışırdı. Bu səssizliyi görmək ağrılı idi. Yəqin ki, məndə ən güclü təəssüratı məhz bu təzad yaratdı. Bir tərəfdə Natəvan şəxsiyyətinin əzəməti, onun ədəbiyyata, xeyriyyəçiliyə və xalqın mənəvi həyatına töhfəsi, digər tərəfdə isə zaman və müharibə nəticəsində dağıdılmış ev. Lakin paradoksal olsa da, dağıdılmış ev bir sadə fikrə inandırır: Daşı məhv etmək olar, amma əsl mədəniyyəti məhv etmək mümkün deyil. Yaddaşın yaşadığı, insanların burada toplaşıb onun əsərlərini oxuduğu müddətdə Natəvan yaşamaqda davam edir”, – deyə həmsöhbətimiz diqqətə çatdırıb.
Natəvanın Qarabağın sonuncu xanının qızı olduğunu qeyd edən şair vurğulayıb: “İnsanın əsl böyüklüyünü onun mənşəyi və titulları deyil, malik olduğu imkanlardan necə istifadə etməsi müəyyənləşdirir. Natəvan xan ailəsində doğulmuşdu və həyatını dəbdəbəyə həsr edə bilərdi, lakin o, insanlara xidmət yolunu seçdi. Bunun ən parlaq nümunəsi onun Şuşada öz vəsaiti hesabına çəkdirdiyi məşhur su kəməridir. Uzaq dağ mənbələrindən təmiz su çəkildi və minlərlə insan bu gün bizim adi qəbul etdiyimiz neməti əldə etdi. Təsadüfi deyil ki, şuşalılar həmişə bu bulağı “Xan qızının bulağı” adlandırıblar. Yəqin ki, bu – insanın adının xalqın gündəlik həyatının bir hissəsinə çevrilməsi ən səmimi minnətdarlıqdır. Onun üçün var-dövlət, ümumiyyətlə, imtiyaz deyil, məsuliyyət idi. O, yoxsullara kömək edir, gənc şair və musiqiçiləri dəstəkləyirdi. Onun poeziyası xarakterinin davamı idi: O, mərhəmətdən yazır və eyni şəkildə yaşayırdı”.
Sahib Məmmədov Natəvanın Avropa ziyalıları arasında özünü sərbəst hiss edən, inanılmaz dərəcədə erudisiyalı bir qadın olduğunu göstərən bir hadisəni danışıb.
“Aleksandr Düma 1858-ci ildə Qafqaza səfəri zamanı Azərbaycana gəlib. Bakıda onu Natəvanla tanış ediblər. Yazıçı şərqli bir knyaginya görəcəyini gözləyirdi, lakin ədəbiyyat və incəsənət haqqında söhbəti sərbəst şəkildə davam etdirən incə düşüncəli bir həmsöhbətlə qarşılaşdı.
Görüş zamanı onlar şahmat oynamaq qərarına gəldilər. Məhz burada məşhur fransızın açıq-aydın gözləmədiyi hadisə baş verdi: Natəvan məşhur qonağını inamla məğlub etdi. Düma onun parlaq analitik zəkasından o qədər heyran qaldı ki, hörmət əlaməti olaraq Natəvana xatirə hədiyyələri – fil sümüyündən hazırlanmış şahmat fiqurları və Napoleon Bonapartın heykəlciyini təqdim etdi. Fransız üçün bunun xüsusi rəmzi mənası var idi. Xüsusilə, ona görə ki, onun atası, general Toma-Aleksandr Düma Napoleonun ordusunda xidmət etmişdi və buna görə də yazıçı Fransa imperatoruna dərin hörmət bəsləyirdi. Napoleonun büstünü hədiyyə etmək həmin insanın zəkasına və nəcibliyinə xüsusi heyranlığını ifadə etmək demək idi. Beləliklə, bu jest öz rəqibinin intellektual üstünlüyünün etirafı idi.
Mənə elə gəlir ki, bu hadisə Natəvan haqqında bir çox bioqrafik faktlardan daha çox şey deyir. O, nadir keyfiyyətləri özündə birləşdirməyi bacarmışdı: Şair istedadını, mütəfəkkir müdrikliyini, metsenat səxavətini və xarakter gücünü. Təxminən iki əsr keçməsinə baxmayaraq, o, hələ də mədəniyyətimizin ən gözəl simvollarından biri olaraq qalır”, – deyə Sahib Məmmədov qeyd edib.
Xəbər lenti
Hamısına baxHadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31

