Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Altı ayda Azərbaycan 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb

Altı ayda Azərbaycan 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb

11.08.2026 [15:52]

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə 119 ölkəyə məhsul ixrac edilib, 155 ölkədən isə məhsul idxal olunub.

Yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 26 milyard 54,2 milyon dolları təşkil edib. Bu dövrdə 9 milyard 372 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 9,1 faiz artıb, real ifadədə isə 13,1 faiz azalıb.

Paylaş:
Baxılıb: 342 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30