Qızıl yenidən bahalaşır
27.08.2026 [10:13]
Əlvan metalın unsiyasının qiyməti 4700 dollata çatıb
Uzun müddətdir ki, dünya birjalarında kəskin qiymət enişləri nümayiş etdirən qızılın qiymətində yenidən bahalaşma müşayiət olunmaqdadır. Əlvan metalın bir troya unsiyasının qiyməti beynəlxalq “Comex” birjasında 4700 dollar həddini ötüb. Bu, son 4 ayda (sarı metal 2026-cı ilin may ayında baha satılıb) ən yaxşı bazar qiyməti indeksi deməkdir.
Qlobal analitiklər qiymətlərin sürətlə artmasına ticarət müharibələri, tənəzzül gözləntiləri, ABŞ-ın yumşaq pul siyasəti və mərkəzi banklardan tələbatın artmasının səbəb olduğunu qeyd edirlər. Son bir ayda ABŞ-ın maliyyə siyasəti və zəifləyən dollarla bağlı narahatlıqlar, istiqraz bazarına müdaxilənin artması, eləcə də son bir həftədə uzunmüddətli ABŞ istiqrazlarının gəlirliliyinin yüksəlməsi, ABŞ-İran qarşıdurmasının davam etməsi qızıl alətinə investisyalara da müsbət təsir edib. Eləcə də qiymət artımının əsas amillərindən biri kimi ABŞ Federal Ehtiyat Sisteminin son bir ayda faiz dərəcəsini aşağı salmaq siyasəti də təsiredici rol oynayır. FED-in yumşaq pul siyasəti valyuta və borc alətlərinə investisiyaları daha az cəlbedici edir və qızıl yığımlarına transformasiyanı artırır.
Avqustun son ongünlüyü isə qızılın ən güclü aktivlərindən biri kimi yadda qalması ilə səciyyələnib. Bu müddətdə dolların zəifləməsi, istiqraz bazarında yüksək gəlirlilik və fiskal risklərlə bağlı narahatlıqlar, həmçinin Yaxın Şərqdə geosiyasi gərginlik qiymətli metala tələbi artırıb. Bu, baş verən fraqmentasiyalar fonunda sarı metalın bahalaşması hiss olunur.
Qlobal səhmdarlar pullarını qızıla çevirir
Mərkəzi bankların artan tələbi də qızıl bazarına xüsusi təsir göstərib.”Goldman Sachs” analitiklərinin fikrincə, mərkəzi banklar, xüsusən də inkişaf etməkdə olan ölkələrin bu qurumları qızılla ehtiyatlarının struktur şaxələndirilməsini davam etdirir. Ümumdünya Qızıl Şurasının məlumatına görə, 2026-cı ildə dünya mərkəzi banklarının xalis qızıl alışı əvvəlki illə müqayisədə 45 faizdən çox artaraq 900 tona çatıb. Böyük iqtisadiyyata malik ölkələr - Çin, Səudiyyə Ərəbistanı, Braziliya, Türkiyə, Almaniya və Hindistan da əvvəlki ehtiyatların xarici valyutada saxlanması təcrübəsindən imtina edərək qızıl ehtiyatlarını fəal şəkildə artırırlar. Nəticədə bu amillər qızıla olan tələbi artırır və qiymətləri yüksəldir.
Mövcud situasiyalar investorlar arasında digər pul və investisiya alətlərinin qızıl yığımlarına transformasiyasına yeni stimular verməkdədir. Ehtimal olunur ki, qlobal səhmdarlar dünya səhm bazarındakı dəyişkənliklərə cavab olaraq, öz yığımlarını daha təhlükəsiz investisiya seçimlərinə, daha doğrusu qızıla yönəldəcək. Ümumilikdə, qiymətli metalın artım tendensiyası davam edə bilər.
“Citigroup” qızılın qiyməti ilə bağlı proqnozunu artırıb
ABŞ-ın qızıl birjaları assosiyaları üzrə məşhur UBS analitikləri, qızılın qiymətinin 2026-cı ilin sonunda və növbəti ildə yenidən artmaqda davam edəcəyi proqnozlaşdırır. Bu amil investorlar arasında da yığımların transformasiyasına yeni stimular verməkdədir. Ehtimal olunur ki, qlobal səhmdarlar dünya səhm bazarındakı dəyişkənliklərə cavab olaraq, öz yığımlarını daha təhlükəsiz investisiya seçimlərinə, daha doğrusu qızıla yönəldəcək. Analitiklərin fikrincə, külçə qızıl üzrə tələbin artması ilə qiymətlərin 2026-cı ilin sonunda 5000 dolları ötəcəyi gözlənilir.
ABŞ-ın nəhəng banklarından olan “Citigroup” da açıqladığı yeni hesabatında qızılın qiyməti ilə bağlı proqnozunu artırıb. “Citigroup” Hörmüz böhranının həll olunacağı, ABŞ-da faiz dərəcələrinin düşəcəyi və FED-in daha az sərt mövqe tutacağı gözləntilərini əsas gətirərək, qarşıdakı 6 aylıq dövr üçün qızılın qiyməti ilə bağlı qiymət hədəfini bir troya üçün 5000 dollar səviyyəsində müəyyən edib.
“Bloomberg Intelligence” isə qızılın qiymətinin 2027-ci ilin əvvəlində və ya ortalarında 5000 dollara çatacağını proqnozlaşdırır.
“Fitch”: Qızıl Azərbaycanın xarici maliyyə mövqeyini gücləndirir
Azərbaycan son illərdə qızıl alışını həm artırıb, həm də bu monetar alətin ixracını yüksəldib. Belə ki, 2026-cı ilin yanvar-iyul aylarında ölkəmizin qızıl ixracının dəyəri 3 milyard 707,8 milyon dollar olub. Bu, 24,5 ton qızıl ixracı deməkdir.
Yeri gəlmişkən, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın qızıl ehtiyatlarının xarici maliyyə mövqeyinə təsirini qiymətləndirib. Agentlik qızılın bahalaşmasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcminə müsbət təsir göstərdiyini bildirib. Məlumatına görə, 2026-cı ilin birinci yarısında ARDNF-nin investisiya portfeli 73 milyard dollar təşkil edib ki, bu da “Fitch”in Azərbaycan üzrə 2026-cı il üçün proqnozlaşdırdığı ÜDM-in 93 faizinə bərabərdir. Qızıl Fondun investisiya portfelinin ən böyük komponentidir və ümumi portfelin hazırda 32 faizini təşkil edir. 2023-cü ildən 2026-cı ilin birinci yarısınadək qızıl ehtiyatları Neft Fondunun aktivlərinin təxminən 19 milyard dollar artmasına birbaşa töhfə verib. Bu artımın 26 faizi qızıl ehtiyatlarının fiziki həcminin artması ilə əlaqədar olub.
“Fitch” analitikləri qeyd edir ki, Azərbaycanın “BBB-” suveren reytinqi ARDNF-nin iri həcmli aktivləri hesabına xarici maliyyə göstəriciləri üzrə əlavə üstünlük əldə edir. Fondun aktivləri ölkənin olduqca güclü xarici valyuta likvidliyini və xalis xarici kreditor mövqeyini dəstəkləyir. Yüksək qızıl qiymətləri Azərbaycanın reytinqini dəstəkləyir, xarixi mövqeyini möhkəmləndirir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

