Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yaponiyada leysan yağışları ilə əlaqədar 100 mindən çox insana təxliyə tövsiyə olunub

Yaponiyada leysan yağışları ilə əlaqədar 100 mindən çox insana təxliyə tövsiyə olunub

27.08.2026 [15:10]

Yaponiyanın Toyama və İşikava prefekturalarında leysan yağışları səbəbindən 100 mindən çox insana təhlükəsiz ərazilərə təxliyə olunmaq tövsiyə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparılıb.

Məlumata görə, 80 mindən çox insan üçün təhlükənin ən yüksək - beşinci səviyyəsi elan edilib. Bu səviyyə əhalinin dərhal təhlükəsizlik tədbirləri görməsini nəzərdə tutur.

İşikava, Toyama və Niigata prefekturalarında güclü yağışlar müşahidə olunur. Bəzi ərazilərdə son 24 saat ərzində yağıntının miqdarı 300 millimetri ötüb.

Sinoptiklər güclü yağışların daşqınlara və torpaq sürüşmələrinə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Paylaş:
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31