Yardımlıda “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar tədbir keçirilib
31.08.2026 [16:12]
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri Anar Alışov 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ölkəmizdə şəhərsalma və memarlıq sahəsində həyata keçirilən genişmiqyaslı işlərin daha da sürətləndirilməsinə, müasir və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına, şəhər və rayonlarımızın simasının müasir tələblərə uyğun yenilənməsinə mühüm töhfə verəcək.
Anar Alışov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan son illərdə böyük quruculuq və abadlıq mərhələsi keçib. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhərsalma mədəniyyətinin yüksəldilməsi, ətraf mühitin qorunması, müasir memarlıq prinsiplərinin tətbiqi, tarixi-mədəni irsin mühafizəsi və gələcək nəsillər üçün daha əlverişli yaşayış məkanlarının yaradılması xüsusi əhəmiyyət daşıyır.
Sonra çıxış edən Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktoru Zeynəb Məmmədzadə bildirib ki, Azərbaycan memarlıq və şəhərsalma sahəsində zəngin tarixi ənənələrə malikdir. O qeyd edib ki, ölkəmizin müasir inkişaf mərhələsində şəhər və rayonların abadlaşdırılması, yeni sosial obyektlərin inşası, küçə və yolların yenilənməsi, park və istirahət məkanlarının yaradılması istiqamətində mühüm işlər görülür.
Zeynəb Məmmədzadə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafında, şəhərsalma və memarlıq sahəsində dövlət siyasətinin formalaşdırılmasında əvəzsiz xidmətlərindən danışaraq, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Digər çıxış edən Yardımlı şəhər 4 saylı tam orta ümumtəhsil məktəbin müəllimi Şamxal Xamiyev bildirib ki, şəhərsalma və memarlıq yalnız binaların və yolların inşası ilə məhdudlaşmır, həm də insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edən mühüm inkişaf istiqamətidir. O vurğulayıb ki, gənc nəslin şəhərsalma mədəniyyəti, ətraf mühitin qorunması və milli memarlıq irsinin yaşadılması barədə maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Tədbirdə ölkəmizdə son illərdə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərindən, işğaldan azad edilmiş ərazilərdə aparılan şəhərsalma layihələrindən, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqindən bəhs edilib.
Sonda Yeni Azərbaycan Partiyasının bir qrup fəal üzvü Partiyanın ictimai-siyasi həyatında fəal iştirakına və fəaliyyətinə verdiyi töhfələrə görə təltif olunub.
Tədbir iştirakçıları “Şəhərsalma və Memarlıq İli”nin ölkəmizin davamlı inkişafına, şəhər və rayonlarımızın daha da gözəlləşməsinə və müasir yaşayış mühitinin formalaşdırılmasına mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

