Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

05.09.2026 [13:33]

Naxçıvan Muxtar Respublikasında sosial müdafiə sahəsində rəqəmsallaşma artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi mövcuddur və həmin informasiya sisteminin strukturuna bir çox altsistemlər daxildir. 2023-cü ildən etibarən Naxçıvan Muxtar Respublikası üzrə bütün məlumat bazaları müvafiq altsistemlərə daxil edilib. Bunun nəticəsində artıq muxtar respublika qeydiyyatında olan vətəndaşlar istənilən DOST Mərkəzinə, həmçinin 142 Çağrı Mərkəzinə zəng etməklə öz müraciətlərini edə bilərlər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, elektronlaşmanın miqyasını göstərən əsas göstəricilərdən biri də məhz xidmətlərin elektron və proaktiv qaydada təqdim olunmasıdır.

“Naxçıvan Muxtar Respublikasında 150 xidmətdən 73-ü elektron, 50-si isə proaktiv qaydada vətəndaşlara təqdim olunur. Əsas məqsədimiz vətəndaşların heç bir sənəd təqdim etmədən, heç bir inzibati proseslə üzləşmədən hüquqları yarandığı gündən etibarən öz ödənişləri ilə təmin olunmasıdır. Bu barədə vətəndaşlara SMS vasitəsilə bildirişlər göndərilir”, - deyə məlumatda qeyd edilib.

Paylaş:
Baxılıb: 232 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30