Diplomatik səfərə qarşı kampaniya Ermənistanın sülh gündəminə ziddir
17.09.2026 [18:57]
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri mühüm siyasi məna kəsb edir. Xarici diplomatların bölgədə mövcud vəziyyətlə bilavasitə tanış olması baxımından xüsusi əhəmiyyət daşıyan bu səfərin Ermənistan cəmiyyətinin bəzi dairələrində narahatlıqla qarşılanması da təsadüfi xarakter daşımır. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir və xarici diplomatların ölkənin müxtəlif bölgələrinə səfər etməsi tamamilə normal praktikadır. Bu səbəbdən səfəri hədəfə alan, diplomatlara qarşı təzyiq və linç ritorikasından istifadə edən kampaniya Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələyə hələ də sağlam yanaşma nümayiş etdirmədiyini göstərir. Belə münasibət eyni zamanda Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilə bilər.
Xarici diplomatların bölgədə müşahidə etdikləri mənzərə Ermənistan tərəfindən uzun illər ərzində yaradılmış təsəvvürlərlə ciddi şəkildə ziddiyyət təşkil edib. Şuşa, Xankəndi və digər yaşayış məntəqələrində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri, həmçinin Zəfər Parkına səfər Qarabağın bu gün hansı sürətlə dəyişdiyini əyani şəkildə nümayiş etdirib. Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllə izləri olan büstlərinin vəziyyəti də bölgənin yaxın keçmişinə dair mühüm faktlardan biri kimi xüsusi diqqət çəkib.
Diplomatların Gəncəsər və Xudavəng monastırlarında olması isə Ermənistanda əlavə narazılığa səbəb olub. Azərbaycan ərazisində yerləşən tarixi-mədəni irsin siyasi məqsədlər naminə mənimsənilməsi və başqa kimliyə aid edilməsinə cəhd qəbuledilməzdir. Qafqaz Albaniyasının Azərbaycan ərazilərində mövcudluğu tarixşünaslıqda məlum olan faktdır. Bu tarixi irsin məqsədli şəkildə inkar edilməsi obyektiv elmi yanaşmadan uzaqdır. Daha ziddiyyətli məqam isə Ermənistanın öz ərazisində Azərbaycan xalqına məxsus tarixi-mədəni izlərin qorunması məsələsində fərqli mövqe nümayiş etdirməsidir. Qərbi Azərbaycanda məscidlərin, qəbiristanlıqların və digər tarixi abidələrin dağıdılması ilə bağlı faktlar mövcud olduğu halda, Qarabağdakı bəzi abidələrə yalnız bir tərəfin müstəsna hüququ kimi yanaşılması ikili standart təsəvvürü yaradır. Tarixi irsin müdafiəsi onun siyasi məqsədlərə uyğunlaşdırılmasından deyil, elmi və obyektiv şəkildə araşdırılmasından keçir. Bütün bunlar Ermənistanın sülh gündəliyinə münasibəti ilə bağlı da müəyyən suallar doğurur.
Hakimiyyətə yaxın media resurslarında aparılan kampaniya və parlament rəhbərinin səsləndirdiyi qəbuledilməz fikirlər revanşist ritorikanın yenidən ön plana çıxarıldığını göstərir. Bir tərəfdən sülhdən danışmaq, digər tərəfdən isə Azərbaycanın suveren ərazisinə təşkil olunan beynəlxalq səfəri hədəfə almaq arasında ciddi ziddiyyət mövcuddur. Azərbaycan isə bu məsələdə tamamilə fərqli yanaşma ortaya qoyur. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq prosesi ardıcıl şəkildə davam etdirilir, xarici diplomatlar bölgəyə dəvət olunur və onların mövcud vəziyyətlə birbaşa tanış olmaları üçün şərait yaradılır.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas xüsusiyyətlərindən biri həqiqətləri gizlətmək deyil, onları beynəlxalq ictimaiyyətə əyani şəkildə təqdim etməkdir. Ermənistanın revanşist dairələrini narahat edən əsas məqam da məhz budur: Qarabağda yaranan yeni reallıqlar Azərbaycanın suverenliyini və bölgənin tarixi həqiqətlərini bir daha nümayiş etdirir.
Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Sosial
19 Sentyabr 14:43
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28

