Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kənd təsərrüfatı üçün məhsul şəhadətnaməsi

Kənd təsərrüfatı üçün məhsul şəhadətnaməsi

23.09.2026 [10:52]

Kənd təsərrüfatı mülkiyyətçiləri istehsaldan əvvəl qiymətli kağız formasında şəhadətnamə alacaqlar

Milli Məclisin Aqrar siyasət komitəsinin sentyabrın 18-də keçirilən iclasında “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi müzakirə olunub. Sənəd aqrar sahədə yeni maliyyələşmə mexanizminin bir hissəsi kimi məhsul şəhadətnaməsinin tətbiqini nəzərdə tutur. Məhsul şəhadətnaməsi kənd təsərrüfatı məhsullarının istehsalçılarının mövsümdən qabaq maliyyə resursları ilə təmin edilməsinə yönəlmiş maliyyə aləti olmaqla, özündə borc, alqı-satqı və digər müqavilələrin xüsusiyyətlərini əks etdirir.

Şəhadətnaməni mülkiyyətində, istifadəsində və ya icarəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda əkinçiliklə məşğul olan şəxslər ala biləcəklər.

Sənədlə fermer gələcəkdə istehsal edəcəyi müəyyən miqdarda məhsulu alıcıya vermək öhdəliyi götürə və bunun müqabilində əvvəlcədən pul əldə edə biləcək. Həmçinin fermer məhsul əvəzinə müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürə biləcək. Məhsulun satışından əldə olunan vəsait tələb olunan məbləği tam ödəməzsə, müəyyən hallarda çatışmayan məbləğ borclunun digər əmlakından da tələb oluna bilər.

Şəhadətnamə ilə bağlı öhdəliklərin icrası

Yeni maliyyə aləti istehsalçıların hələ istehsal prosesi başlamazdan əvvəl qiymətli kağız formasında məhsul şəhadətnaməsini əldə etməsini təmin edəcək. İstehsalçı şəxs həmin maliyyəyə çıxış üçün “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil olaraq maliyyə təşkilatları və təchizatçılara təklif edəcək. Həmin qurumlar istehsalçının təklifinini nəzərdən keçirərək məqsəduyğun saydıqları təqdirdə həmin şəhadətnamənin verilməsini rəsmiləşdirəcək. Məhsul şəhadətnaməsi əvvəlcədən maliyyələşmə müqaviləsi şəklidə olmaqla, istehsalın nəticəsinin özündə əks etdirəcək. Kağız maliyyə təşkilatı və tədarükçü arasında öhdəliklərin sxemini müəyyən edəcək. Əgər kənd təsərrüfatı təyinatlı torpaqlar iki və daha çox şəxsin ümumi mülkiyyətində, istifadəsində və ya icarəsindədirsə, onlar məhsul şəhadətnaməsini birgə buraxacaq və məhsul şəhadətnaməsi ilə bağlı öhdəliklərin icrası üçün birgə məsuliyyət daşıyacaqlar.

Bank və BOKT-ların marağı

Öhdəliyin icrası kimi pul vəsaiti və ya kənd təsərrüfatı məhsulunun təqdim edilməsindən asılı olaraq, məhsul şəhadətnaməsi maliyyə və ya əmtəə məhsul şəhadətnamələri ola bilər. Maliyyə məhsul şəhadətnaməsində bir qayda olaraq maliyyə təşkilatları (bank, BOKT) maraqlı olurlar və bu şəhadətnamə borc müqabilində gələcək məhsulun satışından əldə ediləcək vəsaitin fermer tərəfindən kreditora (şəhadətnaməni əldə edən şəxsə) ödənilməsi öhdəliyini ehtiva edir.

Əmtəə məhsul şəhadətnaməsində isə tədarükçülər maraqlı olurlar və bu şəhadətnamə borc müqabilində gələcək məhsulun fermer tərəfindən kreditora (şəhadətnaməni əldə edən şəxsə) verilməsi öhdəliyini ehtiva edir. Ümumilikdə, hər iki növ məhsul şəhadətnaməsinin tətbiqi kənd mülkiyyətçisi üçün çox əhəmiyyət daşıyır. Belə ki:

* Fermer zəruri vəsaiti istehsal prosesindən əvvəl əldə edərək istifadə edir;

* Tədarükçülər əldə edəcəkləri məhsul barədə əvvəlcədən təminat aldığından bazar münasibətlərində daha çevik iştirak edə bilirlər;

* Maliyyə təşkilatları aqrar sahə üzrə yeni və icrası daha çevik maliyyə aləti əldə edirlər;

Müqavilələrdən fərqli olaraq məhsul şəhadətnaməsi üzrə öhdəliyin icrasının pozulması halında çevik, az xərcli və məhkəmənin minimal iştirakı ilə tutma proseduru müəyyən edilir. Layihəyə əsasən məhsul şəhadətnaməsi özü icra sənədi kimi çıxış edir və icra sənədi daxil olduğu gündən etibarən dərhal icraya yönəldilir.

Proses “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə izləniləcək

Məhsul şəhadətnamələrinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə əldə edilməsinin əsas məqsədi isə bu sənədin tərtibi və təsdiqi (notarial) üzrə xərclərin aradan qaldırılmasını təmin etməkdir. Ən əsası isə bu əməliyyatların elektron sistem vasitəsilə izlənilməsi hər iki tərəf üçün etibarlılığı artırır, sistem zəmanətverici və öhdəlikləri rəsmi bəyan edən mexanizm rolunu oynayır.

Yeri gəlmişkən, şəhadətnaməni əldə edəndən sonra alınmış maliyyənin təyinatsız xərclənməsinə görə də, məsuliyyət nəzərdə tutulub. Belə ki, məhsul şəhadətnaməsi üzrə öhdəlik icra edilmədikdə və ya lazımi qaydada  icra edilmədikdə təminata Mülki Məcəllə və “İcra haqqında” Qanuna uyğun olaraq tədbirlər görüləcək. Əgər məhsul şəhadətnaməsinin təminatının satışından götürülən məbləğ şəhadətnamənin mülkiyyətçisinin tələbini ödəmək üçün yetərli olmadıqda, tərəflərin razılaşmasına əsasən, məhsul şəhadətnaməsinin mülkiyyətçisi çatışmayan məbləği Mülki Məcəllə və “İcra haqqında” Qanuna uyğun olaraq borclunun başqa əşyasından almaq hüququna malik olacaq.

Beləliklə, məhsul şəhadətnaməsinin tətbiqi kənd təsərrüfatı məhsullarının yetişdirilməsində və ilkin emalında dəstəkverici maliyyə təminatı olacaq. Şəhadətnamənin sahibi istehsal və ilkin emal prosesini nəzarətdə saxlamaqla prosesə nəzarət edəcək ki, bu da tələb edilən keyfiyyətli məhsulun tədarükünə imkan verəcək. Eyni zamanda, məhsulun əldə edilməsinin zəmanət altında olması istehsal-emal-tədarük zəncirinin qurulmasına və “Tarladan süfrəyə” prinsipinin həyata keçirilməsinə səbəb olacaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30