Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Mədəniyyət dronları

Mədəniyyət dronları

26.09.2026 [08:51]

Başqa sivilizasiyalara təkliflər paketi göndəriləcək.

Cavab nə olursa-olsun, təkliflər bir neçə dəfə irəli sürüləcək. Onlara Mədəniyyət təklif ediləcək. Qəbul etməyənlər uzun prosedurlardan sonra cəzalandırılacaq.

Maraqlıdır ki, hələlik bu mesajlar Ədəbiyyat vasitəsilə edilir. Ədəbiyyat indidən öz dronlarını beyinlərə yerləşdirir, sabah isə bu dronlar sözün həqiqi mənasında uçacaq. Hələlik fantastika  janrı ilə istehsal edilən dronların üzərinə müxtəlif etiketlər yapışdırılır - yazıçının adı, ölkəsi, dəyərləri və sair. Sonra isə başqa cür olacaq, adını Mədəniyyət qoyub umumiləşdirilmiş halda, sosial təkliflər paketi ilə birlikdə özünü yaxşı aparmayan sivilizasiyalarla müvafiq əlaqələr qurulacaq.

Bəs o Mədəniyyət paketinin içində göndərilən Ədəbiyyat necə olacaq? Ümumiyyətlə, başqa sivilizasiyalara Ədəbiyyat təklif ediləcəkmi? Bir vaxtlar kosmosa musiqi göndərirdilər. Ümid edirdilər ki, əvəzində ən azı radiodalğa alacaqlar. Hələ də bir xəbər çıxmayıb.

İndi isə məsələ tamam başqa cürdür. İş orasındadır ki, başqa sivilizasiyaları axtarmaq lazım olmayacaq. Onlar haradasa buralarda - bizim qalaktikada fırlanacaqlar. Özü də İlon Maskın mütaliə menyusunda olan əsas yazıçı - şotlandiyalı İen Benks (1954-2013) bunu deməyə çalışıb.

Benks solçu, ateist, İraq mübaribəsi zamanı öz pasportunu cırıb o vaxtkı baş nazir Toni Bleyerə göndərən adamdır. Onun elmi-fantastik əsərlərinin əksəriyyəti humanoid varlıqların supersivilizasiyalardakı həyatı və yaşayışı barədədir. Həmin əsərlər “Mədəniyyət” adlı seriyada toplanaraq silsilə təşkil edir. Deməli, bu əsərlərdə Sİ (Süni İntellekt) insan zəkasını çoxdan üstələyib, ağıllı ulduz gəmiləri, dronlar, öz ağıl dəryası olan orbital sistemlər yan-yana ömür sürür. Və onlar bioloji cəhətdən təkamül etmiş ağıllı irqlərin nümayəndələri ilə birlikdə yaşayır. İnsan ömrü sonsuzadək uzadılıb, nə desən, əlçatandır. Lakin bütün bunlara baxmayaraq problemlər yaranır. Məsələn, düşmən mədəniyyətlərlə qarşılıqlı əlaqələr qurulur, əgər onlar sivilizasiyanın həyat tərzinə mane olmaq istəyirlərsə, ilk növbədə o gavurlara dronlar vasitəsilə Mədəniyyət Paketindən ibarət təkliflər göndərilir. Bir sözlə, Mədəniyyət təklif edilir...   

İlon Mask deyir ki, gələcək belə olmalıdır, təxminən bu əsərlərdəki kimi. O, həm də təklif edir ki, bu müəllifi yaxşıca-yaxşıca oxuyub başa çıxaq.

Ədəbiyyat təhdid edə bilməz. Onun yarağı-yasağı yoxdur. Amma Mədəniyyətin içində hər şey ola bilər. Əcəba, o Mədəniyyət dronlarında Kommunizm təklifləri olmasın?

Məqsəd Nur

Paylaş:
Baxılıb: 22 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30