Azərbaycan - Türkiyə: Tarixdən gələn, sınaqlarda bərkiyən qardaşlıq
06.10.2026 [10:14]
Dünyada elə dövlətlər var ki, onların arasındakı münasibətlər sırf konyuktur maraqlar üzərində qurulur. Belə münasibətlər keçici olur. Dəyişən maraqlar qarşılıqlı əlaqələrin dinamikasına da öz təsirini göstərir.
Azərbaycan və Türkiyəyə gəldikdə isə tamam fərqli mənzərənin şahidi oluruq. Zaman-zaman bəzi dairələr iftiralara, böhtanlara rəvac verməklə iki ölkə arasında hansısa bir ixtilaf yaratmağa və dövlətlərimizi, xalqlarımızı bir-birindən incik salmağa çalışırlar. Alınmır və alınmayacaq. Hər sınaq anında biz bir-birimizə nə qədər əziz, doğma olduğumuzu daha dərindən anlayır və bir-birimizə daha da yaxınlaşırıq. Biz yaxınlaşdıqca da məkrli xülyalarının suya düşüb əridiyini görən düşmənlərimizin məyusluğu artır.
Bunu elə son günlərdə də görürük. Bədxahlarımız nə qədər canfəşanlıq göstərsələr də, onların hər atdıqları daş qayıdıb özlərinə dəyir. Necə deyərlər, zirvələrdə olan Azərbaycan-Türkiyə dostluğu möhkəm sal qayaya bənzəyir və zaman yelləri bu qayadan heç nə qopara bilmir. Dünyada bizim qardaşlıq prinsipinə əsaslanan münasibətlərimizə hansısa bir formada xələl gətirə biləcək qüvvə yoxdur. Çünkü bu dostluq, qardaşlıq tarixə söykənir, dövlətlərin, liderlərin qətiyyətli siyasi iradələrindən və cəmiyyətlərin, xalqların istəyindən güc alır. Əsas məqam ondan ibarətdir ki, hər iki dövlət və xalq münasibətləri qorumaq və gələcəkdə daha da möhkəmlətmək əzmindən çıxış edir.
Vətən müharibəsində Türkiyənin göstərdiyi mənəvi-siyasi dəstək unudulmur
Bu gün Azərbaycan - Türkiyə dostluğu, qardaşlığı bütün beynəlxalq birlik üçün nümunədir. Dünyada bizim ölkələrimiz qədər bir-birinə yaxın olan digər iki dövlət tapmaq mümkün deyil. Müxtəlif sahələrdə münasibətlər Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq qurulub və inkişaf etdirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. Qardaş xalqlar yalnız xoş günlərin sevincini bölüşmür, həm də dar gündə bir-birinə dayaq durur, ehtiyac yarananda köməyə tələsirlər. Buna aid həm tarixdən, həm də müasir dövrdən çoxlu nümunələr göstərmək mümkündür. Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verib. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi.
Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Prezident İlham Əliyev qardaş ölkənin müharibə vaxtı Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəyi minnətdarlıq hissi ilə vurğulayaraq bildirib: “Qardaş Türkiyə xalqı hörmətli Prezident Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı onun “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.
Zəlzələ bölgəsinə birinci gələn və oranı sonuncu tərk edən ölkə Azərbaycan oldu
Öz növbəsində Azərbaycan da çətin vaxtlarında Türkiyəni tək buraxmır. Respublikamız indiyədək Ermənistanın qardaş ölkəyə qarşı irəli sürdüyü saxta soyqırımı və ərazi iddialarının beynəlxalq səviyyədə ifşa olunmasında mühüm rol oynayıb. 2016-cı il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə xəyanətkar qüvvələr tərəfindən dövlət çevrilişinə cəhd göstərildi. Təbii ki, həmin gecə Azərbaycan xalqının da ürəyi qardaş Türkiyə ilə döyünürdü. Dövlət çevrilişinə cəhd hadisələri Azərbaycanın siyasi rəhbərliyi, şəxsən Prezident İlham Əliyev tərəfindən birmənalı şəkildə qınanıldı və Türkiyənin qanuni hakimiyyətinə həmrəylik nümayiş etdirildi.
2023-cü il fevralın 6-da Türkiyə dəhşətli zəlzələ xəbəri ilə silkələndi. Episentri Kahramanmaraş şəhərinə düşən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələ qardaş ölkənin tarixində ən faciəvi səhifələrdən biridir. Dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində dəyən maddi ziyanın məbləği 150 milyard dollar həcmində dəyərləndirilir.
Üç il bundan əvvəl qardaş ölkədən gələn zəlzələ xəbəri respublikamızda da böyük üzüntü ilə qarşılandı. “Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı. Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirdi. Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında oldu, dəstək və yardım əlini uzatdı”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Faciə xəbəri gələndən dərhal sonra Prezident İlham Əliyev fevralın 6-da Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. Bu mənəvi-siyasi dəstəklə yanaşı, Azərbaycan yardıma birinci gələn və fəlakət bölgəsini son tərk edən ölkə olub. O cümlədən birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardımlar yola salıb.
Zəlzələdən sonra Kahramanmaraşda yaradılan “Azərbaycan” məhəlləsi xalqımızın qardaşlıq dəstəyinin daha bir ifadəsidir. Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin yaradılması layihəsi 100 milyon dollarlıq tikinti işlərini əhatə edir. “Azərbaycan və Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikintisi barədə əməkdaşlıq haqqında” saziş 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb.
Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin açılışı 2025-ci il 19 iyun tarixində Türkiyənin və Azərbaycanın dövlət başçılarının iştirakı ilə baş tutub. Məhəllənin ümumi sahəsi 32 hektar təşkil edir. Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45

