Azərbaycanın dövlətçilik modeli:sınaqlardan qüdrətə gedən yol
06.10.2026 [11:58]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışı ölkəmizin keçdiyi yolun yalnız siyasi yekunu kimi deyil, həm də Azərbaycanın qarşısında dayanan yeni vəzifələrin aydın mənzərəsi kimi diqqət çəkdi. Dövlətimizin başçısının nitqində Azərbaycanın müstəqillik illərində keçdiyi mürəkkəb yol, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, iqtisadi və hərbi potensialın artırılması, ərazi bütövlüyünün və suverenliyin bərpası, eləcə də qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji istiqamətlər bir-biri ilə əlaqəli şəkildə təqdim olundu. Bu çıxışa diqqətlə nəzər saldıqda bir həqiqət aydın görünür: Azərbaycanın bugünkü gücü bir gündə yaranmayıb, bu güc illər boyu atılmış ardıcıl addımların, dövlətçilik iradəsinin, milli həmrəyliyin və uzaqgörən siyasətin nəticəsidir. Bir vaxtlar gələcəyi ilə bağlı ciddi sualların meydana çıxdığı Azərbaycan bu gün öz taleyini müəyyən edən, milli maraqlarını qorumağı bacaran və beynəlxalq münasibətlər sistemində söz sahibi olan dövlətə çevrilib. Bunun arxasında isə təsadüflər yox, düşünülmüş dövlət siyasəti dayanır.
Dövlətçilik hər şeydən əvvəl məsuliyyətdir
1990-cı illərin əvvəlləri Azərbaycanın dövlətçilik tarixinin ən ağır səhifələrindən biridir. Müstəqilliyini yenicə bərpa etmiş ölkə bir tərəfdən müharibə və ərazi itkiləri, digər tərəfdən siyasi qarşıdurma və iqtisadi böhranla üz-üzə qalmışdı. Dövlət institutlarının zəifliyi, idarəçilikdə xaos və siyasi qeyri-sabitlik cəmiyyətin gələcəyə inamını ciddi şəkildə sarsıtmışdı. Həmin dövrün mənzərəsi bu günlə müqayisədə xüsusilə təsirlidir. İqtisadiyyat ağır vəziyyətdə idi, enerji çatışmazlığı yaşanırdı, dövlət xəzinəsi demək olar ki, boş idi, inflyasiya son dərəcə yüksək səviyyəyə çatmışdı. Ölkə həm də böyük humanitar böhranla üzləşmişdi. Belə bir vəziyyətdə dövlət idarə etmək yalnız vəzifə tutmaq məsələsi deyildi. Bu, dövlətin özünü qorumaq məsələsi idi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı məhz belə bir tarixi şəraitdə baş verdi. Bu qayıdışla Azərbaycanın siyasi həyatında yeni mərhələ başlandı. Dövlətçiliyin qorunması, ölkənin parçalanmasının qarşısının alınması, siyasi sabitliyin təmin edilməsi və iqtisadiyyatın dirçəldilməsi bir-birindən ayrı məsələlər kimi deyil, vahid dövlət strategiyasının tərkib hissələri kimi həyata keçirilməyə başlandı. Bu mərhələnin ən mühüm xüsusiyyətlərindən biri dövlətin özünə inamının bərpa olunması idi, çünki dövlət əvvəlcə öz gücünə inanmalıdır ki, xalq da onun gələcəyinə inansın.
Dövlətçilik yalnız siyasi iradə ilə möhkəmlənmir. İqtisadi dayaqları olmayan dövlətin müstəqil siyasət yürütmək imkanları da məhdud olur. Məhz buna görə Azərbaycanın inkişaf strategiyasında iqtisadi müstəqillik xüsusi yer tutdu. Heydər Əliyevin müəyyənləşdirdiyi uzunmüddətli strategiyada iqtisadi potensialın yaradılması, xarici sərmayələrin cəlb olunması və enerji resurslarından milli inkişaf naminə istifadə əsas istiqamətlərdən birinə çevrildi. “Əsrin kontraktı” bu baxımdan Azərbaycanın dünya iqtisadi sisteminə daha geniş inteqrasiyasının, ölkəyə böyük həcmdə sərmayə gəlməsinin və yeni iqtisadi imkanların yaranmasının başlanğıc nöqtələrindən biri oldu. Atəşkəsdən sonra bu müqavilənin imzalanması və investisiya axınının başlaması Azərbaycanın sonrakı inkişafında mühüm mərhələyə start verdi. Bu siyasətin nəticələri illər keçdikcə daha aydın görünməyə başladı. Azərbaycan yalnız enerji resursları ixrac edən ölkə kimi möhkəmlənmədi, eyni zamanda iqtisadi imkanlarını genişləndirdi, maliyyə sabitliyini gücləndirdi, infrastrukturunu yenilədi və dövlətin strateji layihələri maliyyələşdirmək imkanlarını artırdı.
Bu gün ölkəmizin qarşısında duran böyük layihələrə nəzər salmaq kifayətdir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, yeni nəqliyyat dəhlizlərinin inkişafı, enerji layihələri, müdafiə sənayesinin genişləndirilməsi və sosial proqramların davam etdirilməsi böyük maliyyə resursları tələb edir. Deməli, iqtisadi güc yalnız statistik göstərici deyil, dövlətin siyasi qərarlarını müstəqil qəbul etmək imkanının da əsas təminatlarından biridir.
İlham Əliyev dövrü: potensialın nəticəyə çevrilməsi
2003-cü ildən sonrakı dövr Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələ yaratdı. Əvvəlki dövrdə qurulmuş siyasi və iqtisadi baza Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirildi. Dövlət idarəçiliyində sabitlik qorundu, iqtisadi imkanlar genişləndirildi, ordu quruculuğuna xüsusi diqqət ayrıldı və Azərbaycanın beynəlxalq mövqeləri ardıcıl şəkildə gücləndirildi. Bu siyasətin əsas xüsusiyyətlərindən biri məqsədlərin uzunmüddətli xarakter daşıması idi. Qarşıya qoyulan hədəflər bir neçə ilin deyil, bütöv bir dövlətçilik mərhələsinin perspektivinə hesablanırdı. Ən mühüm hədəf isə bəlli idi: Azərbaycanın ərazi bütövlüyünün bərpası. 2003-cü ildə prezident seçilərkən İlham Əliyev çıxışında bu məsələnin əsas vəzifə kimi qarşıda durduğunu bir daha xatırlatdı. Sonrakı illərdə həyata keçirilən siyasətin bütün əsas istiqamətləri bu məqsədə çatmaq üçün dövlətin imkanlarının artırılmasına xidmət etdi. İqtisadiyyat və ordu gücləndi, beynəlxalq mövqelər möhkəmləndi, Azərbaycanın siyasi iradəsi daha aydın və daha təsirli şəkildə ortaya qoyuldu, nəhayət, 2020-ci ilin 44 günlük Vətən müharibəsində bu uzunmüddətli hazırlıq tarixi nəticəyə çevrildi.
44 günlük müharibə yalnız hərb tariximizin yox, Azərbaycan dövlətçiliyinin də dönüş nöqtələrindən biridir. Bu Zəfər göydən düşməmişdi, onun arxasında illərlə aparılan ordu quruculuğu, iqtisadi inkişaf, diplomatik fəaliyyət, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və ən əsası, dövlətin strateji məqsədinə sadiqliyi dayanırdı. Prezident İlham Əliyevin YAP-ın VIII Qurultaydakı çıxışında xüsusi vurğuladığı məqamlardan biri də budur: Azərbaycan 2020-ci ildən sonra yaranmış yeni reallıqları qorumaqla kifayətlənmədi, ərazi bütövlüyünün tam bərpasına qədər ardıcıl siyasət apardı. 2023-cü il sentyabrın 20-də Azərbaycanın suverenliyinin tam bərpa olunması həmin tarixi prosesin növbəti mühüm mərhələsi oldu. Beləliklə, Azərbaycan tarixinin uzun müddət həll olunmamış ən böyük problemi artıq tarixə çevrildi.
Burada bir mühüm məqamı xüsusi qeyd etmək lazımdır. Dövlətin gücü yalnız qalib gəlmək bacarığı ilə ölçülmür. Əsl dövlətçilik bəzən qələbədən sonra hansı addımı atmağı da bilməkdir. Prezident İlham Əliyevin çıxışında məhz bu strateji düşüncə ön plana çıxır. Müharibədən sonra sülhə keçid, vaxtında dayanmaq və yeni regional reallıqları formalaşdırmaq emosional qərarlardan daha çox uzaqgörən siyasi düşüncənin nəticəsi kimi təqdim olunur. Bu, dövlətçilik baxımından çox mühüm dərsdir, çünki tarix yalnız döyüş meydanında yazılmır. Tarix bəzən müharibədən sonra verilən qərarlarla daha uzunmüddətli şəkildə formalaşır.
Azərbaycan bu gün əvvəlki deyil
Bu gün Azərbaycanın beynəlxalq mövqeyinə nəzər salanda ölkəmizin keçdiyi məsafəni təsəvvür etmək mümkündür. Bir vaxtlar ərazi bütövlüyü pozulmuş, iqtisadi və siyasi böhran yaşayan Azərbaycan bu gün öz milli maraqlarını açıq şəkildə qoruyan, müxtəlif beynəlxalq platformalarda fəal iştirak edən, böyük dövlətlərlə strateji tərəfdaşlıq quran və regional proseslərdə təşəbbüskar mövqe nümayiş etdirən ölkədir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın artıq beynəlxalq müstəvidə böyük hörmətə layiq ölkə olduğunu, bir sıra ekspert və təhlilçilərin Azərbaycanı orta güc dövləti kimi qiymətləndirdiyini bildirdi. Bu nəticəyə yalnız coğrafi mövqeyə görə nail olmaq mümkün deyildi, bu nəticə illər ərzində formalaşdırılmış etimadın nəticəsidir. Dövlətlərarası münasibətlərdə etimad asan qazanılmır. Sözün arxasında dayanmaq, qəbul edilmiş qərarlara sadiq qalmaq, milli maraqları qorumaq, eyni zamanda tərəfdaşlarla qarşılıqlı hörmət əsasında münasibətlər qurmaq uzun zaman tələb edir. Azərbaycanın son illər müxtəlif geosiyasi mərkəzlərlə münasibətlərini inkişaf etdirməsi də bu baxımdan diqqət çəkir. Çin, ABŞ, Avropa İttifaqı ölkələri, Mərkəzi Asiya və islam dünyası ilə münasibətlərin genişlənməsi Azərbaycanın xarici siyasət imkanlarının əhəmiyyətli dərəcədə böyüdüyünü göstərir.
Bəzən dövlətin gücü yalnız ordu və iqtisadiyyatla ölçülür, halbuki güclü dövlətin daha mühüm göstəricilərindən biri onun sabitliyidir. Azərbaycan bu gün mürəkkəb geosiyasi mühitdə yerləşir. Şimalda, cənubda və Yaxın Şərqdə baş verən hadisələr regional təhlükəsizlik mühitinin nə qədər dəyişkən olduğunu göstərir. Belə bir şəraitdə ölkənin sabitliyini qorumaq özü böyük dövlətçilik nailiyyətidir. Prezident İlham Əliyev də çıxışında təhlükəsizlik məsələlərinin daim gündəmdə saxlanmasının zəruriliyini vurğuladı. Azərbaycanın əldə etdiyi ən böyük nəticələrdən biri də budur: ölkə həm inkişaf edir, həm də öz təhlükəsizliyini təmin etmək üçün lazımi imkanları formalaşdırır. Bu iki proses bir-birindən ayrılmazdır: sabitlik olmadan inkişaf mümkün deyil, inkişaf olmadan isə sabitliyi uzun müddət qorumaq çətinləşir. Azərbaycanın son illərdəki yolu göstərir ki, bu iki amilin paralel şəkildə təmin edilməsi dövlət siyasətinin əsas uğurlarından biridir.
Güclənən Azərbaycanın qarşısında yeni üfüqlər açılır
İndi Azərbaycan üçün tamamilə yeni bir tarixi mərhələ başlanıb. Ərazi bütövlüyü və suverenlik bərpa olunub. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri aparılır. İnsanlar öz doğma torpaqlarına qayıdır. Yeni yollar, yaşayış məntəqələri, məktəblər, xəstəxanalar, enerji və digər infrastruktur obyektləri yaradılır. Həmin ərazilərin bərpasına böyük həcmdə vəsait ayrılır, yaşayış məntəqələrində məskunlaşma mərhələli şəkildə davam etdirilir. Bununla yanaşı, Azərbaycan özünü yalnız keçmişin problemləri ilə məhdudlaşdırmır, qarşıdakı dövrdə yeni iqtisadi imkanlardan, genişlənən nəqliyyat dəhlizlərindən, enerji bazarında artan rolundan, rəqəmsal transformasiya və müasir texnologiyaların yaratdığı imkanlardan, eləcə də insan kapitalının inkişafı üçün açılan yeni perspektivlərdən səmərəli istifadə etməklə bütün bu hədəfləri gerçəkləşdirmək üçün zəruri olan siyasi iradəyə və iqtisadi gücə malikdir. Prezident İlham Əliyevin YAP-ın VIII Qurultaydakı çıxışının mahiyyətini də məhz burada görmək mümkündür: Azərbaycan artıq bir dövrü başa vurub və indi qazandığı gücü yeni inkişaf mərhələsinə çevirməlidir. Bu, sadəcə gələcək üçün verilmiş vədlər deyil. Son iyirmi üç ilin nəticələri göstərir ki, qarşıya qoyulan strateji məqsədlərin mərhələli şəkildə həyata keçirilməsi tam realdır.
Dövlətçilik yolunun əsas dərsi
Azərbaycanın son otuz ildən artıq tarixinin ən böyük dərsi ondan ibarətdir ki, dövlətçilik ardıcıllıq və uzunmüddətli strateji yanaşma tələb edir və bir dövlətin güclənməsi üçün ayrı-ayrı uğurlu qərarlar kifayət etmir, bunun üçün illərlə davam edən siyasi sabitlik, iqtisadi inkişaf, milli birlik, güclü ordu, məqsədyönlü xarici siyasət və strateji düşüncə vəhdət təşkil etməli, bu baxımdan Azərbaycanın 1990-cı illərin ağır sınaqlarından keçərək dövlətçiliyini möhkəmləndirməsi, iqtisadi dirçəlişə nail olması, ordu quruculuğunu həyata keçirməsi, beynəlxalq mövqelərini gücləndirməsi, 44 günlük Zəfərlə ərazi bütövlüyünü təmin etməsi, suverenliyini tam bərpa etməsi və bu gün Böyük Qayıdışı həyata keçirməsi eyni dövlətçilik xəttinin bir-birini tamamlayan mərhələləri kimi qiymətləndirilməlidir.
Bu gün Azərbaycanın gündən-günə güclənməsi məhz həmin ardıcıl və məqsədyönlü dövlətçilik siyasətinin nəticəsi olmaqla, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin başlıca xüsusiyyəti ölkənin mövcud imkanlarını yalnız qorumaqla kifayətlənməmək, hər yeni mərhələdə onları daha böyük məqsədlərin reallaşdırılması üçün genişləndirməkdən ibarətdir. Azərbaycan dünənə baxaraq qazandığı uğurlardan güc alır, bu günə baxaraq öz qüdrətini daha aydın hiss edir, sabaha baxaraq isə qarşısında açılan daha böyük imkanları görür ki, dövlətçilik yolunun ən böyük mənası da dünənin sınaqlarından güc almaq, bu günün imkanlarını düzgün qiymətləndirmək və gələcəyin daha qüdrətli Azərbaycanını inamla qurmaqdır.
Kəramət Qənbərov,
Dövlət İdarəçilik
Akademiyasının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45

