2027-ci ilin sosial müjdəsi
06.10.2026 [12:27]
Gələn il minimum əməkhaqqı, pensiya və müavinətlər artırılacaq
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı 2027-ci ildə minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin qaldırılacağını bəyan etdi, bununla bağlı müvafiq qurumlara tapşırıq verildiyini bildirdi. Bu növbəti ilin sosial müjdəsi - 2027-ci ildə növbəti sosial paketin həyata keçiriləcəyi deməkdir. Minimum pensiya artımı ilə yanaşı, gələn ilin yanvarından bütün növ əmək pensiyaların da indeksləşdirilərək artırılması nəzərdə tutulur. Hazırda 8 aylıq göstəriciyə görə, ölkə üzrə orta aylıq əməkhaqqının artım faizi təxminən 8 faizə yaxındır, illik yekun göstərici gələn ilin yanvarında məlum olacaq. Əgər illik orta aylıq əməhaqqı indeksi 10 faiz olsa, əmək pensiyalarının məbləği də 10 faiz artmış olacaq. Bu 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək.
Minimum əməkhaqqı artımı 800 min vətəndaşın maaşına təsir göstərəcək
Qeyd edək ki, sosial təyinatlı artımlar “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına” istinadən Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında hazırlanmış layihə üzrə müəyyənləşib. Dövlət başçısı bir neçə ay əvvəl minimum əməkhaqqı və minimum pensiyanın artırılması barədə göstəriş verib və aidiyyatı nazirliklər tərəfindən də bu istiqamətlərdə yekun təklif və layihə hazırlanıb. Beləliklə, 2027-ci il yanvarın 1-dən hazırda 400 manata bərabər olan minimum əməkhaqqı məbləği yenidən əhəmiyyətli dərəcədə artmış olacaq.
Minimum əməkhaqqı artımı ölkə üzrə təxminən 800 min vətəndaşın əmək haqqının artımına səbəb olacaq. Belə ki, dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdə əməyin ödənilməsi Vahid Tarif Cədvəli (VTC) əsasında aparılır. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilib. Hazırda ilk 4 dərəcə üzrə əmək haqqları 400 manatdır, ən yüksək dərəcə üzrə əmək haqqı isə 1150 manata yaxındır. Bu o deməkdir ki, minimum əmək haqqının artırılması bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır.
Xüsisilə də, sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s. sahələr üzrə maaşların artımları təmin olunacaq. Artımlar həm də özəl sektoru da əhatə edəcək. Çünki minimum əmək haqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Bu baxımdan özəl sektorda 400 minə yaxın şəxsin də maaşı artmış olacaq.
Minimum əməkhaqqının artımı əhalinin gəlirlərinə müsbət təsir etməklə, həm də əmək bazarına mühüm fayda verir, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, məhsuldarlığının, əməyin leqallaşdırılmasını təmin edir. Minimum əməkhaqqının növbəti artımından sonra bu rəqəm yaşayış minimumunu təxminən 30-40 faiz üstələmiş olacaq. Digər tərəfdən minimum əməkhaqqı artımı, ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də yüksəlməsinə imkan verəcəkdir. Qeyd edək ki, həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildəki 33,3 faizə, 2020-ci ildəki 38 faizə yüksəlib. 2022-ci ildə 40 faizə, 2025-ci ildə təxminən 42 faiz səviyyəsinə yüksəlib. Bununla da bu nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyiş olacaq.
Minimum pensiyalarda da artım gözlənilir
Gələn il minimum pensiyanın artırılması da gözlənilir ki, bu məbləğin hazırkı 320 manatdan 350 manata qədər artırmı fərz olunur. Bu isə on minlərlə pensiyaçını əhatə etmiş olacaq. Bu sosial qrupa tələb olunan pensiya kapitalını təmin edə bilməyən vətəndaşların aldıqları pensiyalar daxildir. Həmin kateqoriya üzrə pensiya alanların sayı təxminən 65-70 min nəfərdir. Yeni artımdan sonra minimum pensiyanın məbləği ölkə üzrə yaşayış minimumunu və ehtiyac meyarını da xeyli üstələmiş olacaq.
Yeri gəlmişkən, gələn il əmək pensiyaları ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, pensiya artımlarımda diferensial qaydalar tətbiq olunacaq. Mövcud qaydalara əsasən, hazırda pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə indeksləşdirilir. Yenə də meyar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizidir. Amma bununla belə, diferensial yanaşma olacaq, 1150 manatdan yüksək pensiya alan şəxslərin təqaüdlərinin həmin məbləğdən yuxarı hissəsi fərqli əmsallar üzrə hesablanacaq.
Ümumilikdə, 2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsaitin həcmi ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu o deməkdir ki, 18, 5 milyard manatdan çox vəsait sosial sahəyə yönəldiləcək.
Müavinət və təqaüdlərin məbləğləri də artırılacaq
Gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması da gözlənilir. Növbəti ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla, ümumilikdə 3 milyon insanın əməkhaqqı, pensiya, müavinət və təqaüdləri artacaq. Bu da davamlı və əhatəli sosial kurs ölkəmizdə güclü sosial siyasətin təzahürü olmaqla, dövlətin iqtisadi və maliyyə imkanları artdıqca, dövlət xərclərinin böyük bir hissəsinin, ilk növbədə vətəndaşların rifahına yönəldildiyini təsdiqləyir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45

