Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

15.10.2026 [12:15]

      

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş görüş keçirilib.

Tədbirdə AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli, Milli Məclisin deputatı Kamaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və Agentliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Daha sonra Ümummilli Liderin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Görüşdə çıxış edən Vüsal Nəsirli Prezident İlham Əliyevin qurultaydakı nitqinin ölkəmizin inkişaf prioritetləri və qarşıda duran strateji vəzifələr baxımından əhəmiyyətini vurğulayıb.

O, Qarabağ və Şərqi Zəngəzurun bərpasında, Böyük Qayıdışın təmin edilməsində və Azərbaycanın beynəlxalq tranzit imkanlarının genişləndirilməsində yol infrastrukturunun mühüm rolundan danışıb. Yol layihələrinin keyfiyyətli icrasının, dövlət vəsaitindən səmərəli istifadənin və təhlükəsiz hərəkətin təmin edilməsinin əsas prioritetlər olduğunu qeyd edib.

Çıxış edən Vüsar İsmayılov dövlət başçısının nitqinin əhəmiyyətinə toxunaraq ölkənin inkişafı və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi və hərbi qüdrətinin artırılması həyata keçirilən məqsədyönlü siyasətin mühüm nəticələridir. Prezident İlham Əliyevin qurultaydakı çıxışında xüsusi yer tutan ideoloji təhlükəsizlik məsələsinin əhəmiyyətinə toxunub. Bildirilib ki, informasiya müharibələrinin genişləndiyi müasir dövrdə milli maraqların qorunması, cəmiyyətin yad ideoloji təsirlərdən müdafiəsi, gənclərin düzgün istiqamətləndirilməsi və onların vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi aktuallıq daşıyır.

Çıxış edən Kamaləddin Qafarov Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışının ölkəmizin siyasi, iqtisadi və ictimai həyatının gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, dövlət başçısının çıxışında Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərlə yanaşı, ölkəmizin qarşısında duran yeni çağırışlar və onların həlli istiqamətində əsas fəaliyyət prioritetləri də müəyyənləşdirilib. Bu istiqamətdə partiya fəallarının üzərinə düşən vəzifə yalnız həyata keçirilən siyasətin təbliği ilə məhdudlaşmır. Eyni zamanda, cəmiyyətlə səmərəli ünsiyyətin qurulması, vətəndaşları düşündürən məsələlərə həssas yanaşılması və ölkəmizin reallıqlarının ictimaiyyətə dolğun şəkildə çatdırılması mühüm əhəmiyyət kəsb edir.

Görüşün yekununda Prezident İlham Əliyevin qurultaydakı nitqində səsləndirdiyi fikirlərin ölkəmizin gələcək inkişafı, qarşıya qoyulan vəzifələrin icrası və əldə olunan nailiyyətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Paylaş:
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31