Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında yığıncaqlar keçirilib

YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında yığıncaqlar keçirilib

14.10.2026 [19:54]

YAP Göygöl rayon təşkilatı üzrə Mədəniyyət sektoru, Gənclər İdman sektoru və Statistika idarəsi ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı yığıncaqlar keçirilib.

     Yığıncaqlarda YAP Göygöl təşkilatı Aparatının məsul işçisi Semur Əsgərov, Mədəniyyət sektoru ƏPT-nin sədri Vüsal Rzayev, Gənclər İdman sektoru ƏPT-nin sədri Zaur Abbasov və Statistika idarəsi ƏPT-nin sədri Rüzgar Həsənov  iştirak edib.

      Yığıncaqlarda yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilən, ölkəmiz üçün mühüm ictimai-siyasi hadisə olan VIII Qurultayda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən danışılıb,  ölkə Prezidentinin proqram xarakterli nitqinin hər bir Azərbaycan vətəndaşı və hər bir partiya üzvü üçün fəaliyyət proqramı və yol xəritəsi olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın qarşısında yeni dövrün tələblərindən irəli gələn mühüm vəzifələr müəyyənləşdirib, gələcək fəaliyyətin əsas istiqamətlərini və prioritetlərini aydın şəkildə ortaya qoyub. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə ölkəmiz yeni tarixi mərhələyə qədəm qoyub. Bu reallıq qarşıya yeni məqsədlər qoyur və onların həyata keçirilməsi hər bir sahədə sistemli, ardıcıl və məsuliyyətli fəaliyyət tələb edir. VIII Qurultayda səsləndirilən fikirlərin və irəli sürülən vəzifələrin dərindən öyrənilməsi, onların partiya üzvləri arasında geniş izah olunması, gündəlik fəaliyyət zamanı rəhbər tutulması mühüm əhəmiyyət daşıyır.

Natiqlər YAP-ın VIII Qurultayının ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi xüsusi tarixi mərhələdə keçirildiyini, mühüm siyasi əhəmiyyət daşıdığını və Qurultayda söylənilən fikirlərin mahiyyətinin dərindən öyrənilməsi, partiya üzvlərinə çatdırılması və gündəlik iş prosesində rəhbər tutulmasının xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Qeyd edilib ki, hər bir partiya üzvü öz fəaliyyəti, məsuliyyəti və təşəbbüskarlığı ilə Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsinə töhfə verməlidir.

Paylaş:
Baxılıb: 32 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Mədəniyyət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31