Həyatımızı asanlaşdıran qaydalar...
14.10.2026 [08:57]
Standartlar keyfiyyətin və etibarlılığın təminatçısıdır
Ətrafda gördüyümüz və gündəlik ehtiyaclarımızı qarşılamaq üçün yararlandığımız məhsulların, demək olar ki, hamısı müəyyən tələblər əsasında hazırlanır. İçməli sudan avtomobilə, mobil telefondan dərman vasitələrinə qədər müxtəlif sahələrdə keyfiyyətin, təhlükəsizliyin və uyğunluğun təmin edilməsi standartların tətbiqini zəruri edir. Bu qaydalar olmasaydı, ayrı-ayrı ölkələrdə istehsal edilən məhsulların qarşılıqlı istifadəsi çətinləşər, beynəlxalq ticarətdə ciddi uyğunsuzluqlar yaranardı. Buna görə də standartlaşdırma müxtəlif ölkələri, istehsal sahələrini və texnoloji sistemləri bir araya gətirən ümumi mexanizm kimi çıxış edir. Onun sayəsində fərqli ölkələrdə hazırlanan avadanlıqlar uyğun texniki tələblər çərçivəsində işləyir, rabitə şəbəkələri, proqram təminatları və enerji sistemləri arasında qarşılıqlı əlaqə mümkün olur.
İqtisadi-mədəni inkişafın və insanların həyat səviyyəsinin daimi olaraq yüksəlmə meyli istehsal olunan məhsul və xidmətlərin keyfiyyətinə nəzarətin də əhəmiyyətini artırır. Zəruri bir institusional fəaliyyət kimi standartlaşma da bu mənada, bütün dünyada tarixi təkamül yolu keçərək istər beynəlxalq miqyasda, istərsə də ölkəmizdə iqtisadi inkişafın mühüm amillərindən birinə çevrilib. Məhsul və xidmətlərin rəqabət qabiliyyətinin artmasını, insanların sağlamlığının qorunmasını və eləcə də ekoloji problemlərin də uğurlu həllini təmin edən standartlaşma işi nəticəsində müasir istehlakçını həmişə maraqlandıran keyfiyyət, komfort və təhlükəsizlik məsələləri öz həllini tapmış olur.
Məhz bu məsələlərin diqqətə alınması və onların davamlılığının təmin olunması mühüm problemlərdir və bunun aradan qaldırılması üçün Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən (ISO) beynəlxalq standartlar müəyyənləşdirilib.
ISO 1946-cı il oktyabrın 14-də standartlaşdırma üzrə milli qurumların fəaliyyət güclərinin birləşdirilməsi və işlərinin koordinasiyasının həyata keçirilməsi məqsədilə 25 ölkə nümayəndələrinin Böyük Britaniyanın paytaxtı Londonda toplaşması ilə yaradılıb və rəsmi olaraq 1 il sonra fəaliyyətə başlayıb. 14 oktyabrın Beynəlxalq Standartlaşdırma Günü kimi qeyd olunması ISO-nun prezidenti Faruk Sunterin (Türkiyə) təşəbbüsü ilə 1970-ci ildən qərara alınıb. Bu günün məqsədi standartlaşdırmanın qlobal iqtisadiyyat üçün əhəmiyyəti haqqında məlumatlılığı artırmaqdır. Dünyanın bir çox yerində Beynəlxalq Standartlaşdırma Günü münasibətilə müxtəlif formada tədbirlər, sərgilər, maarifləndirici seminarlar və konfranslar keçirilir.
Azərbaycanın standartlaşdırma təcrübəsi
Müstəqil, beynəlxalq qeyri-dövlət və qeyri-kommersiya təşkilatı olan ISO-da dünyanın 164 milli standartlaşdırma orqanı təmsil olunur. Azərbaycan Respublikası 7 iyul 2003-cü ildən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (2003-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi) vasitəsilə tamhüquqlu üzv olaraq təmsil olunur. Hazırda yerli ekspertlərimiz ISO-nun 14 Texniki Komitəsində müşahidəçi və tamhüquqlu üzv olaraq iştirak edir. Azərbaycan Standartlaşdırma İnstitutu 2017-ci ilin dekabr ayından ISO-nun tamhüquqlu üzvüdür.
Azərbaycan Standartlaşdırma İnstitutu respublikamızı beynəlxalq və regional təşkilatlarda milli standartlaşdırma qurumu kimi təmsil edir və ölkəmizdə standartlaşdırma siyasətini həyata keçirir. Bu qurum yerli istehsal məhsullarının keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkəmizdə qüvvədə olan standartları təkmilləşdirir, beynəlxalq, Avropa, bir sıra qabaqcıl ölkələrin norma və standartlarına uyğunlaşdırır.
Məlumdur ki, Azərbaycan qlobal proseslərin fəal iştirakçılarındandır. Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atır. Bu, həm yerli məhsulların keyfiyyətinin yüksəldilməsinə, həm də onların dünya bazarına çıxış imkanlarının genişlənməsinə şərait yaradır.
Standart - sadəcə bir sənəd deyil, keyfiyyətin, təhlükəsizliyin, etibarlılığın və inkişafın rəmzidir. Bu gün dünyamız texnologiyanın sürətlə dəyişdiyi, innovasiyaların həyatın bütün sahələrinə nüfuz etdiyi bir dövrdən keçir. Belə şəraitdə standartlar cəmiyyətin və sənayenin dayanıqlı inkişafı üçün bələdçi rolunu oynayır. Beləliklə, Beynəlxalq Standartlaşdırma Günü təkcə mütəxəssislərin deyil, hər birimizin bayramıdır. Çünki standartlar həyatımızı asanlaşdıran, təhlükəsizliyimizi qoruyan mühüm anlayışdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42
YAP xəbərləri
14 Oktyabr 12:39
YAP xəbərləri
14 Oktyabr 12:30
Gündəm
14 Oktyabr 12:25
MEDİA
14 Oktyabr 12:19
YAP xəbərləri
14 Oktyabr 12:00
İqtisadiyyat
14 Oktyabr 11:49
YAP xəbərləri
14 Oktyabr 11:37
YAP xəbərləri
14 Oktyabr 11:32
Siyasət
14 Oktyabr 11:26
Siyasət
14 Oktyabr 11:25
Gündəm
14 Oktyabr 11:19

