17 Oktyabr: Müzəffər Tariximizin, Şanlı Qayıdışın və Yenidən Doğan Füzulinin Təntənəsi
15.10.2026 [12:23]
Qarabağın qədim və bərəkətli torpağı olan Füzulinin işğaldan azad edildiyi gün yalnız lokal bir hərbi uğur kimi deyil, Azərbaycanın müasir dövlətçilik tarixinin dönüş nöqtəsi kimi yaddaşlara həkk olunub. İyirmi yetdi il boyunca daşı daş üstündə qalmayan, tamamilə xarabalığa çevrilən, lakin milli yaddaşımızda hər zaman diri qalan bu diyar bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, Qəhrəman Ordumuzun misilsiz şücaəti və xalqımızın vahid birliyi sayəsində yenidən həyata qayıdır. 17 oktyabr tarixi Vətən müharibəsində Şuşaya və böyük Zəfərə gətirib çıxaran strateji qələbənin, eyni zamanda Böyük Qayıdışın parlaq təməlidir.
Füzuli coğrafiyası əsrlər boyu Azərbaycanın zəngin tarixi-dini və mədəni irsinin ən mühüm ocaqlarından biri olub. Qədim karvan yollarının kəsişməsində yerləşən bu torpaq Şeyx Babi Yaqub türbəsi, Qarğabazar karvansarası və tarixi məscidlərimiz kimi memarlıq inciləri ilə xalqımızın mənəvi köklərini əks etdirir. Otuz ilə yaxın davam edən işğal dövründə bu tarixi-mənəvi irsin vandallıqla dağıdılması, ibadət ocaqlarımızın təhqir olunması yalnız xalqımıza deyil, ümumən bəşəri mədəniyyətə qarşı törədilmiş ağır vandalizm aktı idi. Lakin 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu Füzuli əməliyyatı zamanı düşmənin illərlə qurduğu dərin eşelonlaşdırılmış müdafiə sədlərini darmadağın edərək hərb salnaməsinə unikal qəhrəmanlıq səhifəsi yazdı. 17 oktyabrda Füzuli şəhərində üçrəngli bayrağımızın ucaldılması 44 günlük müharibənin taleyini həll edən əsas dönüş nöqtəsi oldu.
Qələbədən dərhal sonra dövlət başçısı cənab İlham Əliyevin şəxsi nəzarəti və tapşırıqları ilə Füzulidə görünməmiş miqyasda bərpa və yenidənqurma prosesinə start verildi. Azad olunmuş torpaqlarımızda ilk olaraq Qarabağın hava qapısı sayılan Füzuli Beynəlxalq Hava Limanının rekord müddətdə inşası və istifadəyə verilməsi Azərbaycanın iqtisadi, təşkilati və texnoloji qüdrətini bütün dünyaya nümayiş etdirdi. Şəhərin təsdiq edilmiş müasir Baş Planı əsasında həyata keçirilən layihələr Füzulini ekoloji cəhətdən təmiz, "ağıllı" texnologiyalara söykənən və sakinlər üçün yüksək həyat standartları təmin edən nümunəvi məskənə çevirməkdədir.
Dövlət başçımızın azad olunmuş Füzuliyə ardıcıl səfərləri regionun dirçəlişinin intensivliyini və dövlətin yüksək diqqətini aydın göstərir. Bu səfərlər həm də Füzulinin beynəlxalq diplomatik platformaya, Türk dünyasının sarsılmaz qardaşlıq və həmrəylik mərkəzinə çevrilməsinin sübutudur. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə açılan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə birgə açılışı edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun səfəri çərçivəsində təməli qoyulan layihələr qardaş xalqların Böyük Qayıdışa verdiyi dəyərli mənəvi və maddi töhfədir.
Füzulidə həyata keçirilən tikinti-quruculuq işləri yalnız şəhər mərkəzi ilə məhdudlaşmır; Cuvarlı, Qoçəhmədli, Qarğabazar kimi kəndlərin təməllərinin qoyulması, şəhərdə çoxmənzilli yaşayış komplekslərinin, Mərkəzi Rayon Xəstəxanasının, uşaq bağçalarının, idman kompleksinin və inzibati binaların inşası həyatın bu torpaqlara sürətlə və əbədi qayıtdığını göstərir.
Xüsusilə 17 Oktyabr Füzuli Şəhəri Günündə ölkə rəhbərinin öz doğma yurdlarına qayıtmış sakinlərlə və rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi səmimi görüş xalqla rəhbər arasındakı sarsılmaz birliyin, böyük qürur və sevinc hissinin təzahürü kimi tarixdə qaldı.
Nəticə etibarilə, Füzulinin yenidən dirçəlişi yalnız bir rayonun bərpası deyil, bütövlükdə Azərbaycanın suverenlik, iqtisadi müstəqillik və milli qürur ideallarının təntənəsidir. Bu gün Füzulinin səmasında ucalan hər bir yeni tikinti, genişlənən inşaat büsatı, istifadəyə verilən hər bir sosial obyekt, doğma ocağına qayıdan füzulililərin gözlərindəki sevinc qığılcımı dövlətimizin nə qədər qüdrətli və yenilməz olduğunun sübutudur. 17 Oktyabr – Füzuli Şəhəri Günü keçmişin nisgilinə vurulan yekun sonluq, gələcəyə, davamlı inkişafa və milli həmrəyliyə açılan nurlu qapıdır. Bu möhtəşəm dirçəliş dastanı Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşən xalqımızın gələcək nəsillərə saxladığı ən böyük mənəvi irs və əbədi zəfər yadigarıdır.
Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
Gündəm
15 Oktyabr 16:53
YAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58

