Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Tərtər rayon təşkilatının İsmayılbəyli ərazi partiya təşkilatında tədbir keçirilib.

YAP Tərtər rayon təşkilatının İsmayılbəyli ərazi partiya təşkilatında tədbir keçirilib.

15.10.2026 [16:14]


Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının İsmayılbəyli ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev Yeni Azərbaycan Partiyasının VIII Qurultayının siyasi əhəmiyyətindən, qurultayda qarşıya qoyulan vəzifələrdən və ölkəmizin gələcək inkişaf istiqamətlərindən danışıb. O qeyd edib ki, VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilən mühüm siyasi tədbir kimi partiyanın gələcək fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azər Ağayev çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və qarşıda duran yeni inkişaf hədəfləri partiya təşkilatlarının fəaliyyətində də mühüm vəzifələr müəyyənləşdirir. O, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasının, dövlətçilik prinsiplərinin təbliğinin və cəmiyyətlə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.Bildirib ki, Azərbaycanın tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması dövlətçilik ənənələrinin yaşadılmasının mühüm tərkib hissəsidir.
Tədbirdə çıxış edən İsmayılbəyli ərazi partiya təşkilatının üzvləri Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində əksini tapan əsas məsələlər, Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər. Çıxışlarda partiyanın ölkənin ictimai-siyasi həyatında iştirakı, milli birliyin və həmrəyliyin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyəti diqqətə çatdırılıb.
Bildirilib ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra müəyyənləşdirilən vəzifələrin həyata keçirilməsi istiqamətində görülən işlər partiyanın fəaliyyətinin əsas istiqamətlərini formalaşdırıb. VIII Qurultayda səsləndirilən fikirlər isə ölkənin yeni inkişaf mərhələsinin tələbləri, əldə olunmuş nailiyyətlərin qorunması və gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından müzakirə olunub. Çıxışlarda milli həmrəyliyin, ictimai məsuliyyətin və dövlətçilik ideyalarına bağlılığın əhəmiyyəti vurğulanıb.

Paylaş:
Baxılıb: 13 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31