Füzuli yenidən doğulur: Zəfərdən Böyük Qayıdışa doğru
15.10.2026 [16:26]
Hər bir xalqın tarixində elə günlər var ki, həmin günlər təkcə təqvimdə bir tarix deyil, milli yaddaşın, qürurun və gələcəyə inamın rəmzinə çevrilir. Azərbaycan xalqı üçün 17 oktyabr – Füzuli Şəhəri Günü məhz belə əlamətdar günlərdəndir. Bu tarix işğaldan azad edilmiş torpaqlarımızda həyatın yenidən başlanmasının, dağıntıların yerində quruculuğun, həsrətin yerində sevincin və ümidsizliyin yerində qələbə ruhunun təntənəsidir.
2020-ci il oktyabrın 17-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi. Bu uğur Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu. Füzuli uğrunda aparılan ağır döyüşlər Azərbaycan əsgərinin cəsarətini, peşəkarlığını və Vətən sevgisini bütün dünyaya göstərdi. 27 illik işğalın sona çatması doğma yurdlarından didərgin düşmüş minlərlə insanın qəlbində qayıdış ümidini yenidən alovlandırdı.
İşğaldan azad edilmiş Füzuliyə səfər edən Prezident İlham Əliyev şəhərin acınacaqlı mənzərəsi ilə qarşılaşmışdı. Dövlət başçısı dağıdılmış evləri, məhv edilmiş infrastrukturu və tarixi irsimizə vurulmuş zərəri diqqətə çatdıraraq bildirmişdi ki, düşmən xalqımızın mədəni, tarixi və dini irsini silməyə çalışsa da, buna nail ola bilməyib. Çünki Azərbaycan xalqı öz torpaqlarına qayıtmalı, öz tarixini və həyatını yenidən dirçəltməli idi.
Füzuli yalnız coğrafi məkan deyil, həm də xalqımızın tarixi yaddaşını yaşadan qədim yurd yerlərimizdən biridir. Arğalı, Babı və Mirəli türbələri, Hacıqiyasəddin məscidi və karvansara kimi abidələr bölgənin zəngin keçmişinin izlərini daşıyır. İşğal dövründə bu abidələrin dağıdılması xalqımızın mənəvi sərvətlərinə vurulan ağır zərbə idi. Bu gün həmin irsin qorunması və bərpası tarixi yaddaşımızın gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Füzulinin dirçəlişi təkcə yeni binaların tikilməsi deyil, həm də milli-mədəni kimliyimizin yaşadılması deməkdir.
Prezident İlham Əliyevin Füzuliyə mütəmadi səfərləri şəhərin yenidən qurulmasına göstərilən xüsusi diqqətin bariz nümunəsidir. 2021-ci il oktyabrın 17-də dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Füzulidə şəhərin bərpası, Memorial Kompleks və ilk yaşayış məhəlləsi ilə bağlı təməlqoyma mərasimlərində iştirak etdilər. Bu səfər azad edilmiş şəhərin gələcək inkişafının əsasını qoyan mühüm hadisə oldu. Füzulinin gələcəyinə dair planlar real quruculuq işlərinə çevrildi.
Sonrakı illərdə şəhərdə müasir infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirildi. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi, avtomobil yolları inşa olundu, yaşayış kompleksləri, məktəblər və sosial obyektlər tikildi. Prezident İlham Əliyevin bölgəyə səfərləri zamanı yeni layihələrlə tanışlıq, görülən işlərin qiymətləndirilməsi və gələcək inkişafla bağlı tapşırıqlar Füzulinin dövlət siyasətində xüsusi yer tutduğunu göstərir.
Füzulinin yenidən qurulmasının ən böyük nəticəsi insanların doğma yurdlarına qayıtmasıdır. 2023-cü il avqustun 18-dən etibarən şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı başladı. İllərlə doğma evlərinin həsrətini çəkən insanların öz torpaqlarına dönməsi Böyük Qayıdışın ən təsirli mənzərəsidir. Bu qayıdış Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədlərə inamla və ardıcıl şəkildə nail olduğunu nümayiş etdirir.
Bu gün Füzuli müasir şəhərsalma nümunəsinə çevrilməklə yanaşı, Azərbaycanın quruculuq əzmini və siyasi iradəsini də nümayiş etdirir. Burada salınan yollar, tikilən evlər, yaradılan iş yerləri və sosial imkanlar gələcəyə hesablanmış inkişaf strategiyasının tərkib hissəsidir. Dövlətimizin əsas məqsədi keçmiş məcburi köçkünlərin doğma torpaqlarında təhlükəsiz, rahat və layiqli həyat şəraitinin yaradılmasıdır.
17 oktyabr – Füzuli Şəhəri Günü hər birimizə xatırladır ki, Vətən sevgisi yalnız torpağı qorumaqla bitmir; onu yenidən qurmaq, abadlaşdırmaq və gələcək nəsillərə daha gözəl şəkildə ötürmək də müqəddəs vəzifədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzulidə həyata keçirilən bərpa işləri bu həqiqətin canlı təcəssümüdür.
Füzuli artıq dağıntıların deyil, dirçəlişin şəhəridir. Bu şəhərin hər küçəsi Qələbəmizin, hər yeni binası quruculuq əzmimizin, hər qayıdan sakini isə milli iradəmizin ifadəsidir. Qoy Füzulidə həyat daim çiçəklənsin, ocaqlarımızın işığı sönməsin, üçrəngli bayrağımız bu doğma torpaqda əbədi dalğalansın!
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 18:13
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
Gündəm
15 Oktyabr 16:53
YAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42

