Azərbaycan ilə Laos arasında əlaqələr dostluq və qarşılıqlı hörmətə əsaslanır
15.10.2026 [16:31]
Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri müasir Azərbaycan xarici siyasətinin dinamikliyini və coğrafi əhatəliliyini nümayiş etdirən mühüm tarixi hadisələrdən biri kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərin ardınca Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat təkcə iki ölkə arasındakı ikitərəfli münasibətlərin cari vəziyyətini deyil, həm də gələcək strateji tərəfdaşlıq platformasının əsas prioritetlərini müəyyən etdi. Prezident İlham Əliyev öz bəyanatında Azərbaycan ilə Laos arasında illər ərzində formalaşmış dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin vacibliyini xüsusi vurğuladı. İki dövlət arasındakı coğrafi məsafəyə baxmayaraq, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə Qoşulmama Hərəkatı və BMT platformalarında nümayiş etdirilən həmrəylik münasibətlərin möhkəm təməlini təşkil edir. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn üstünlüyü prinsiplərini müdafiə etməsi Laos tərəfindən hər zaman yüksək qiymətləndirilib. Dövlət başçısı mətbuat bəyanatında bu siyasi dəstəyin və beynəlxalq arenada vahid mövqedən çıxış etmək ənənəsinin bundan sonra da davam etdiriləcəyini bildirdi.
Görüşün və mətbuat bəyanatının ən əsas istiqamətlərindən biri iqtisadi əməkdaşlığın canlandırılması məsələsi oldu. Hazırkı ticarət dövriyyəsinin mövcud potensiala cavab vermədiyini qeyd edən dövlət başçıları, iqtisadi münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldırmaq üçün konkret addımların atılmasının vacibliyini vurğuladılar. İki ölkə arasında mal mübadiləsinin genişləndirilməsi, kənd təsərrüfatı və sənaye məhsullarının qarşılıqlı bazarlara çıxarılması, eyni zamanda iqtisadi və ticarət əlaqələrini koordinasiya edəcək işçi qruplarının və komissiya mexanizmlərinin fəallaşdırılmas bu baxımdan mühüm əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, Azərbaycan və Laos sahibkarları arasında birbaşa əlaqələrin qurulması, birgə biznes forumlarının təşkili, Azərbaycanın Asiya və Avropa arasında mühüm nəqliyyat qovşağına çevrilməsi Laos kimi dənizə çıxışı olmayan, lakin Cənub-Şərqi Asiyada tranzit qovşağına çevrilməyə çalışan bir ölkə üçün böyük maraq kəsb edir. Prezident İlham Əliyev Azərbaycanın müasir logistik infrastruktura malik olduğunu bildirərək, bu imkanlardan Asiya tərəfdaşlarının yararlanmasının əhəmiyyətini qeyd edib. Laosun Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasındakı rolu nəzərə alınaraq, Azərbaycanın bu regionla iqtisadi inteqrasiyasında Laosun körpü rolu oynaya biləcəyi diqqətə çatdırılıb.
Azərbaycan ilə Laos arasında münasibətlərin tarixi köklərinə nəzər salındıqda, humanitar və təhsil sahəsindəki təcrübə xüsusi yer tutur. Sovet dönəmində və müstəqillik illərində yüzlərlə Laos tələbəsi Azərbaycanın ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə təhsil almışdır. Azərbaycanın Qoşulmama Hərəkatı və digər çərçivələrdə Laoslu tələbələr üçün təqaüd proqramlarını davam etdirməsi, energetika, mühəndislik və İKT sahələrində təcrübə mübadiləsi, iki xalq arasında qarşılıqlı tanınmanı artırmaq üçün mədəniyyət günlərinin və turizm təşviqatının təşkili əməkdaşlıq əlaqələrimizin inkişafında əhəmiyyətli rol oyanyıb.
Bir sözlə, Prezident İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitin səfəri zamanı verdiyi mətbuat bəyanatı Azərbaycanın xarici siyasətində vektorların şaxələndirilməsi strateqiyasının uğurlu davamıdır. Azərbaycan yalnız Avropa və yaxın qonşuluq zonasında deyil, həm də Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən ölkələri ilə çoxşaxəli tərəfdaşlıq qurmaq əzmindədir. Bu səfər və bəyanatda səsləndirilən fikir və təşəbbüslər Bakı və Laos arasında siyasi dialoqun dərinləşməsinə, iqtisadi platformada yeni imkanların yaranmasına və iki ölkənin beynəlxalq arenada bir-birini daha qətiyyətlə dəstəkləməsinə təkan verəcəkdir.
Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 18:13
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
Gündəm
15 Oktyabr 16:53
YAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42

